Eldar Namazovun ermənilərə işləməsi üzə çıxır
11:24 06-11-2014
İQTİSADİYYAT
Eldar Namazovun ermənilərə işləməsi üzə çıxır
Forum rəhbəri Leyla Yunusun ardınca həbsxanaya göndərilə bilər
Məlum olduğu kimi, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla Ermənistanın "Razılıq" Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru, keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıb.
Onlar bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün "Yol xəritəsi"nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.
"Unikal"ın məlumatına görə, Eldar Namazov uzun illərdir ki, ermənilərlə isti münasibətdədir. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Qərb dairələri ilə yaxın olan Eldar Namazov ermənipərəst diplomatlarla daha çox dostluq edir: "Onun Avropada viski yoldaşları var ki, əksəriyyəti ya erməni əsillidir, ya da ermənilərin təəssübünü çəkirlər. Bu adam illərlə ermənilərlə dostluq edib, amma milli demokratik düşərgədən danışıb. Bu da onun xislətindən irəli gəlir".
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, E.Namazovun Dağlıq Qarabağla bağlı, ümumiyyətlə, Azərbaycanın adı ilə bağlı hər hansı bir sənədə imza atmağa heç bir hüququ yoxdur. S.Novruzov qeyd edib ki, E.Namazov ictimai təşkilatın rəhbəri ola bilər, lakin yalnız öz adından danışa bilər: "Azərbaycan xalqının, Azərbaycan dövlətinin adından isə kimlərləsə sənəd imzalamağa heç bir hüququ yoxdur. Bu məsələnin hüquqi tərəfi. Digər tərəfdən, Eldar Namazovun mənəvi baxımdan da Dağlıq Qarabağla bağlı hər hansı bir sənəd imzalamağa haqqı çatmır. Çünki xalqın məsələləri, problemləri ilə bağlı Eldar Namazov həmişə antiazərbaycan mövqeyində olub. Onun bütün fəaliyyətindən bəllidir ki, o, heç vaxt Azərbaycanın milli maraqlarını müdafiə etməyib. Hansısa xarici qüvvələrin maraqlarının müdafiəçisinə çevrilib və daim də ara qarışdırmaqla məşğul olub". O, əlavə edib ki, ümumilikdə E.Namazovla bu sənədi imzalayanın ağlı yoxdur: "Həm də o Şahnazaryan Leyla Yunusun yaxın dostudur. Səhv etmirəmsə, Şahnazaryan 90-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri işləyib və onun da fəaliyyəti Azərbaycan əleyhinə materiallar toplayaraq müxtəlif instansiyalara ötürməkdir. Eldar Namazov kimiləri də birbaşa onun material verənləridir".
Maraqlı məqamlardan biri də odur ki, Eldar Namazov ermənilərlə qədəh-qədəhə vurur və guya Qarabağ probleminin həlli üçün çalışır, bu yolda ona yoldaşlıq edənlər də var. Belə ki, ermənilərə yaxınlığı ilə seçilən
Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva deyib ki, ermənilərlə görüşmək, müzakirə aparmaq və dostluq eləmək də mümkündür. Onun sözlərinə görə, belə görüşlər Azərbaycan üçün əhəmiyyətlidir: "Bu görüş Avropa Şurasının təşəbbüsü ilə həyata keçirilib. Burada daha çox avropalı jurnalistlər, tarixçilər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil, yalnız ona yardımçı olmaq məqsədi ilə belə tədbir təşkil olunub. Çalışırıq ki, münaqişənin həll edilməsi üçün şərait yaradaq". O, Strasburqda keçirilən vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündən danışarkən qeyd edib ki, tədbirdə Qarabağ münaqişəsinin həll edilməsinə əngəl törədən amillər müzakirə olunub: "Burada Ermənistanla Azərbaycanın tarixi, bu ölkələrdə formalaşmış rəy müzakirə mövzusu olub. Bu münaqişənin həlli üçün əvvəlcə tarixi analiz etmək lazımdır. Necə ola bilər ki, dost olan xalqlar birdən-birə düşmən oldular. Biz tədbirdə əsas bu məsələlərə toxunduq".
Göründüyü kimi, Azərbaycanın ictimai-siyasi həyatını alaq otu kimi ağuşuna almış ermənipərəst dəstə bir-birinə bu şəkildə dəstək verirlər. Amma Eldar Namazov kimilərinin mənfur əməlləri, ermənilərlə iş birliyini sübut edən faktlar aşkarlandıqca onun da Leyla Yunusun yanına göndəriləcəyi konkretləşir. Hər halda, hüquq-mühafizə orqanları bu istiqamətdə lazımi addımları atır və bundan sonra da gərəkli tədbirlər görüləcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53