Milli Şura hansı üzlə mitinq keçirir
12:27 07-11-2014
CƏMİYYƏT
Milli Şura hansı üzlə mitinq keçirir
Bakı Şəhər İcra Hakimiyyəti radikalların mitinqinə icazə verdi, amma nə fayda...
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Bu qərarla Bakı meriyası Milli Şura rəhbərliyini pis vəziyyətdə qoyub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki, BŞİH Milli Şuranın noyabrın 10-da saat 15:00-da keçmiş "Məhsul" stadionuna təyin edilən mitinqinə razılıq verib. Xatırladaq ki, Milli Şuranın mitinqi siyasi məhbusların azad olunması tələbi ilə keçiriləcək.
"Unikal"ın əldə etdiyi məlumata görə, Milli Şura rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin mitinqə icazə verəcəyini gözləmirmiş. Ona görə də mitinqə hər hansı hazırlıq da görməyiblər. Bu barədə bizi bilgiləndirən cəbhəçilərdən birinin sözlərinə görə, onlar Bakı Şəhər İcra Hakimiyyətinin bu dəfə mitinqə icazə verməyəcəyini gözləyirmişlər. Bu səbəbdən də meriyanın dünənki qərarı onları çaş-baş salıb.
Azad Demokratlar Partiyasının sədri Milli Şuranın mitinqinə də münasibət bildirib. Deyib ki, mitinqlər insanların və siyasi partiyaların konstitusiya ilə tanınan hüququdur: "Təbii ki, hər bir təşkilat və şəxs mitinq təşkil edə bilər. Ancaq indiki şəraitdə mitinqlərə elə bir sosial tələb yoxdur. Yəni ictimai passivlik dövründə insanların mitinqə dəstək verəcəyini düşünmürəm. Yalnız ictimai siyasi aktiv kəsimin bir hissəsi bu mitinqlərə qatılır. Odur ki, mitinqlərdə hansısa artımın olması, tədbirin ictimai-siyasi fikrə təsiri olacağını düşünmürəm". S.Əkbər qeyd edib ki, indi real situasiya elədir ki, müxalifətin apardığı uzun illik mübarizənin nəticə verməməsi demokratik qüvvələrə inamı sarsıdıb: "Bu, reallıqdır. Bunu nəzərə almalı, dəyərləndirməli, buna uyğun addım atmaq lazımdır. Ümumiyyətlə, yeni siyasi şərait yaranmayana qədər vətəndaşların müxalif qüvvələrə kütləvi dəstək verəcəyini düşünmürəm".
Göründüyü kimi, Milli Şuranın mitinqinə heç müttəfiqləri də dəstək vermir. Bu isə o deməkdir ki, Əli Kərimli ilə Cəmil Həsənli yenə də 6-7 nəfərlə mitinq keçirəcək. Buna isə mitinq yox, flaşmob demək olar. Ona görə də ən yaxşı variant Milli Şura rəhbərliyinin üzüsulu mitinqi təxirə salmasıdır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02