Müsavatla AXCP arasında yeni müharibə başlayır
12:28 07-11-2014
CƏMİYYƏT
Müsavatla AXCP arasında yeni müharibə başlayır
Arif Hacılı əməkdaşlıq təklifinə mənfi cavab verdikləri üçün Əli Kərimli ilə Cəmil Həsənliyə qarşı kampaniyaya başlayıb
Bu səbəbdən də Arif Hacılı AXCP-yə, eləcə də Milli Şuraya müharibə elan edib. Bunun üçün ilk həmlələr etməyi də qardaşına tapşırıb. Belə ki, Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli mitinq məsələsi ilə bağlı qarşılıqlı ittihamlardan başlayıb: "Düşünürəm ki, Milli Şuranın təşkil etdiyi mitinqin nə məhbuslara, nə də demokratik düşərgəyə aidiyyəti var. Əli Kərimlini yalnız şəxsi ambisiyaları maraqlandırır. Milli Şuranın yeganə müxalifət qüvvəsi olduğunu sübut etmək istəyirlər".
M.Hacıbəyli bildirib ki, bir müddət əvvəl Müsavatın da təmsil olunduğu Siyasi Məhbusların Hüquq-Müdafiə Mərkəzi mitinq keçirmək istəsə də, Milli Şura rəhbərliyi bu təklifə qarşı çıxıb: "Biz bu barədə təkliflə çıxış edəndə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və tərəfdarları buna qarşı çıxaraq, hələ mühitin yetişmədiyini, vaxtının çatmadığını demişdilər. Amma indi mitinq keçirmək istəyirlər". M.Hacıbəyli Milli Şuranın sədri Cəmil Həsənli də ittiham edərək, onun Ə. Kərimlinin diktəsi ilə hərəkət etdiyini vurğulayıb: "Mən Milli Şuranın sədri Cəmil Həsənlinin mövqeyinə təəccüb edirəm. Müsavat Partiyası o vaxt Milli Şuranın tərkibində, ümumi maraqlar naminə Cəmil Həsənlinin namizədliyini irəli sürdü. İsa Qəmbər prezidentliyə namizədliyini geri götürərək, Cəmil Həsənlini dəstəkləmişdi. Amma təsəvvür edin ki, Cəmil Həsənli Əli Kərimlinin qorxusundan Milli Şuranın mitinqində bizə, İsa Qəmbərə salam vermədi. Görünür, o, Əli Kərimlidən çəkindiyi üçün belə addım atdı. Bu, Cəmil Həsənliyə yaraşmayan hərəkətdir".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə mitinq ərəfəsində müxalifətdaxili münaqişələrə qarışmaq istəmədiyini deyib.
Bu barədə "Unikal"a məlumat verən müsavatçı deyib ki, Müsavatın yeni başqanı Arif Hacılı ilk vaxtlar AXCP ilə münasibətləri normallaşdırmaq istəyirdi. Lakin AXCP rəhbərliyi Arif Hacılının dostluq əlini geri qaytardı. Elə buna görə də Arif Hacılı yaxın ətrafına tapşırıq verib ki, Əli Kərimli və onun yaxın ətrafına qarşı kampaniya aparılsın. Bu səbəbdən də ilk hücum hədəfi Cəmil Həsənli oldu.
Milli Şuranın sədri, professor Cəmil Həsənli isə bildirib ki, o, Mustafa Hacıbəylinin ittihamına cavab verməyəcək: "Mən anlaya bilmirəm, harada salam verməmişəm? Mənim Mustafa Hacıbəylinin ittihamı ilə bağlı heç bir şərhim olmayacaq".
Ancaq görünən odur ki, bu dava getdikcə daha da dərinləşəcək. Yaxın günlərdə Arif Hacılının özünün də prosesə qoşulacağı istisna edilmir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22