Mirmahmud Mirəlioğlundan Əli Kərimliyə sərt təpki
12:29 07-11-2014
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlundan Əli Kərimliyə sərt təpki
KXCP sədri Mirmahmud Mirəlioğlu rəhbərlik etdiyi qurumun cari planlarından danışıb, Milli Şura ilə münasibətlərini və müxalifət düşərgəsindəki durumu şərh edib.
O teleqraf.com-a açıqlamasında deyib ki, partiyanın əsas tədbirlər planında birbaşa seçkilər durur: "Hazırda namizədlərimiz irəli sürülür, sənədləşmələr gedir. Proporsional seçki sisteminin tətbiqi ilə bağlı referendum keçirilməsinin vacibliyi haqda dövlət başçısına, Milli Məclisə, Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyik".
KXCP sədri Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan 11 partiya sədrinin iştirakı ilə planlaşdırılan piketə də toxunub: "Piket keçirmək barədə qərarımız var, dəqiq gün təyin etməsək də, razılaşdırılmış olacaq. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Müraciətdən sonra piket baş tutacaq. Bakı meriyasına müraciət edən kimi piketi harada keçirəcəyimizi də mediaya açıqlayacağıq. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin, 1 saylı təcridxananın rəhbərinə müraciətimiz var. Hazırda xəstə, həyati təhlükəsi olan insanların azad olunmasını tələb etmişik, Mərkəz üzvlərinin sədrləri həmin məhbuslarla görüş istəyib".
AXCP-dən kütləvi şəkildə KXCP-yə üz tutanlar barədə danışan M.Mirəlioğlu qeyd edib ki, 52 nəfər müraciət edib: "O adamların özlərinin seçimidir. Yürüdülən siyasətin nəticəsidir. Amma bu cür halları doğru saymıram. Bir qrup adamların bir mərkəzdən başqasına getməsi, bizdən sizə, sizdən bizə gəlmələri birtəhər alınır. Adamların seçimidir, nizamnamə çərçivəsində məsələ həll olunacaq. Onların seçimlərinə istər keçmiş partiyadaşları, istərsə də gəldikləri, müraciət etdikləri partiyadakı adamlar hörmət etməyə borcludur".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22