Azay Quliyev Brüsseldə ermənilərə dərs verdi
12:30 07-11-2014
CƏMİYYƏT
Azay Quliyev Brüsseldə ermənilərə dərs verdi
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev Avronest PA-nın Sosial Komitəsinin 5 noyabrda Brüsseldə keçirilən iclasında iştirak edib.
İclasda münaqişə bölgələrində etimad mühitinin yaradılması haqqında Avropa İttifaqının rəsmisi Adriano Martinsin məruzəsi dinlənilib və Şərq tərəfdaşlığı ölkələrinin (ŞTÖ) münaqişə bölgələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etimadın yaradılması missiyası barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı çıxış edən A.Quliyev etimad mühitinin yaradılması istiqamətindəki tədbirlərə müsbət yanaşdığını və bunun üçün ilk növbədə Dağlıq Qarabağın erməni və Azərbaycan icmalarının birgə görüşünün təşkilinin vacib olduğunu bildirib.
Deputat fikrinin onunla əsaslandırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə oradan zorla çıxarılmış azərbaycanlılar mütləq bir araya gəlməli və regionun gələcək statusunu birgə müəyyənləşdirməlidirlər. Ermənistanı təmsil edən Tevan Poqosyan isə qondarma Dağlıq Qarabağ Respublikasının mövcudluğu və sülh danışıqlarında onun da ayrıca münaqişə tərəfi kimi iştirak etməsi haqqında əsassız fikirlər səsləndirib.
Təkrar söz alan millət vəkili A.Quliyev erməni deputatı yalan danışmaqda və auditoriyanı çaşdırmaqda ittiham edərək "DQR" deyilən bir qurumun mövcud olmadığını, heç bir dövlət, o cümlədən Ermənistan və beynəlxalq qurum tərəfindən tanınmadığını, münaqişədə yalnız iki tərəfin işğalçı Ermənistanla və işğala məruz qalan Azərbaycanın olduğunu və bu formatın ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edildiyini Avronest PA nümayəndələrinin diqqətinə çatdırıb və auditoriyanı aldatmamağa çağırıb.
Eyni zamanda, A.Quliyev Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi, xidmətinin ŞT bölməsinin sədr müavini cənab Adriano Martinsə açıq sual ünvanlayaraq erməni deputatın bəhs etdiyi "DQR" adlı bir qurumun olub-olmamasını və onu Avropa İttifaqının tanıyıb-tanımamasını auditoriya qarşısında elan etməsini xahiş edib.
Martins deputatın sualına cavab olaraq bildirib ki, "DQR" adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirlər. Bu cavabdan sonra erməni deputatları bir daha bu məsələyə qayıtmayıblar. Daha sonra Azay Quliyev Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycan tərəfindən "qara siyahlya" salınması və onlara viza verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirmiş və bu siyasətin bundan sonra da davam edəcəyini bildirib.
Ciddi müzakirələrə səbəb olan daha bir məsələ Şərq Tərəfdaş ölkələrinin Vətəndaş Cəmiyyəti Forumun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin ‘QHT’-lərinin dəvət olunması haqqında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi oldu.
Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev bu təklifin çox zərəli olduğunu, sülh danışıqların ruhuna zidd olduğunu bildirdi və belə bir addımı separatist rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qirmətləndirdi. Millət vəkili fikrini əsaslandıraraq bildirdi ki, heç bir legitim əsasa söykənməyən bu cür qurumların ŞTP vətəndaş cəmiyyəti forumuna dəvət olunması təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənmişdir və bu qanunsuz addımın atılacağı halda Azərbaycanın bu forumda iştirakını dayandıracaq.
ŞTÖ vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzaişvili bu məsələnin həlli üçün konsensusun olmalı olduğunu qeyd etdi və Azərbaycanın mövqeyinin nəzərə alınacağını bildirdi.
Yekunda A.Quliyev "Mədəniyyət və ŞT kontekstində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə layihəsi ilə bağlı müzakirələrdə iştirak etmiş, məruzə ilə bağlı öz fikirlərini və təkliflərini səsləndirib.
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02