Milli Şura nala-mıxa vurur
10:21 08-11-2014
İQTİSADİYYAT
Milli Şura nala-mıxa vurur
Mitinq keçirə bilməyəcəklərini anlayan radikallar indi də meriyanı günahkar çıxarırlar
Qəzetimizin ötən sayında Milli Şuranın mitinq keçirməkdə həvəsli olmadığı barədə məlumat vermişdik. Hətta bu qurumun Bakı Şəhr İcra Hakimiyyətinin mitinqə icazə verməyəcəyini, amma əks mövqe ilə qarşılaşdığı zaman necə çaş-baş qaldığını da vurğulamışdıq.
Məlumatımızın üstündə bir gün keçməmiş Milli Şuranın mitinq keçirmək yox, sadəcə, ara qatmaq istəyində olduğunun şahidi olduq. Belə ki, Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinqin vaxtı dəyişib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanmış müraciətdə bir neçə tarix üçün icazə istənilib: "Bakı Şəhər İcra Hakimiyyətindən Zaur Ramazanov mənə zəng edib soruşdu ki, sizin mitinqlə bağlı 9,10 və 16 noyabr tarixləri ilə bağlı müraciətiniz var, bunlardan hansı əsasdır. Mən də bildirdim ki, biz aksiyanı 10 noyabrda keçirmək istəyirik. Dünən isə Zaur Ramazanov yenidən zəng edib bildirdi ki, cavab hazırdır və müsbətdir, gəlib məktubu götürün. Biz də bunun əsasında mətbuata məlumat bildirdik. Bu gün bəlli olub ki, İcra Hakimiyyəti noyabrın 9-da aksiya keçirməyə razılıq verib".
F.Qəhrəmanlı noyabrın 9-da mitinqin keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərarın müzakirələrdən sonra veriləcəyini vurğulayıb.
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov isə açıqlamasında Milli Şuranın noyabrın 10-na təyin etdiyi mitinq ətrafında yaranmış anlaşılmazlığa aydınlıq gətirib. Z. Ramazonov deyib ki, BŞİH-ə ünvanlanmış müraciətdə mitinq üçün noyabrın 9-10-u tarixləri göstərilib. Onun sözlərinə görə, BŞİH müracəti araşdıraraq, mitinqin noyabrın 9-da keçirilməsinə razılıq versə də, qarşı tərəf rəsmi məktuba baxmadan, mətbuata noyabrın 10-da mitinq keçiriləcəyi barədə məlumatlar verib: "Cavab hazır olduqdan sonra, Fuad Qəhrəmanlıya məlumat verildi ki, məktubu götürün. O da mənə sual verdi ki, cavab müsbətdir? Mən də təsdiq etdim. Sonra bütün mətbuata məlumat veriblər ki, mitinq noyabrın 10-na razılaşdırılıb. Bu gün saat 12:30-a qədər məktuba verilən rəsmi cavabı hələ götürməmişdilər. Mən səhər saytlara baxanda, Fuad Qəhrəmanlıya zəng vurub öz iradımı bildirdim ki, hansı əsasla mətbuata bu cür məlumat verib? Axı, mən sadəcə cavabın müsbət olduğunu demişəm, vaxtı yox. Qayda budur ki, aksiya keçirən qurum rəsmi sənədi qəbul etdikdən sonra kütləvi informasiya vasitələrinə məlumat verməlidir. Dünən gün ərzində bir nümayəndə tapıb məktubu almaq üçün gəlməyiblər, amma mətbuata məlumat verirlər. Bu düzgün deyil".
Göründüyü kimi, Milli Şura mitinqə hazır deyil. Sadəcə, Bakı Şəhər İcra Hakimiyyətinin qərarını bəhanə edərək mitinqi keçirməkdən yayınmağa çalışır. Milli Şura rəhbərliyinin qanunlara ziddi olaraq, icazə verlidiyi gün deyil, başqa bir vaxtda aksiya keçirmək cəhdi isə ölkədə qarışıqlıq yaratmaq cəhdindən başqa bir şey deyil. Amma onu da unutmaq lazım deyil ki, onsuz da, Milli Şuranın mitinqində 6-7 nəfər olur, onların da yalandan səs-küy salmaqdan başqa gücləri heç nəyə çatmır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53