Eldar Namazova qarşı dağıdıcı plan
10:28 08-11-2014
CƏMİYYƏT
Eldar Namazova qarşı dağıdıcı plan
Eldəniz Quliyev Əli Kərimlinin fitvası ilə "El" Hərəkatından istefa verdi
Son bir neçə ay ərzində müxalifət düşərgəsindən gedənlərin sayı həddindən artıq çoxalıb. Belə demək mümkündürsə, son aylar ərzində müxalifət sıralarını tərk edənləri toplasan normal bir partiya da yaratmaq olar. Yəni, bu gedişlə müxalifətdə partiya sədrlərindən başqa heç kim qalmayacaq.
Dünən isə daha bir müxalif mərkəzdə – "El" Hərəkatında yarpaq tökümü baş verdi. "El Hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda "El" Hərəkatında görmürəm, ona görə də "El" Hərəkatından uzaqlaşdım". Bunu açıqlamasında "El" Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev söyləyib. E.Quliyev bildirib ki, "El" Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə, çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb: "Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də "El" Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı".
"El" Hərəkatının sədri Eldar Namazov isə bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.
Məlum olduğu kimi, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovla Ermənistanın "Razılıq" Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru, keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıb. Onlar bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün "Yol xəritəsi"nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.
Bunun ardınca Eldar Namazovun ermənilərlə işbirliyində olması barədə məlumatlar gündəmə gəldi. Yəni, E.Namazovun ermənipərəst Qərb dairələri ilə əmədaşlığının əsas məqsədi məlum olandan sonra onun yanında olanların əksəriyyəti qaçmağa başlayıb.
Xatırladaq ki, prezident seçkiləri ərəfəsində Eldar Namazov və yaxın ətirafı ilə bağlı cinayət işi açılmışdı. O zaman Eldəniz Quliyev də "El" sədri ilə bərabər prokurorluğa çağırılmışdı. İndi də Eldar Namazovun Leyla Yunusla müəyyən proseslərdə birgə hərəkət etməsi ilə bağlı faktlar gündəmə gəlməkdədir. Yəni, Namazovun məhz bu münasibətlər əsasında həbsi gündəmə gələ bilər ki, bu da çoxlarını qorxuya salıb. Eldəniz Quliyevin də gözlənilmədən hərəkatdan istefa verməsini açıqlaması da məhz bununla bağlıdır.
"Unikal"ın əldə etdiyi məlumata görə, Eldəniz Quliyevin istefasında AXCP sədri Əli Kərimlinin də rolu var. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Əli Kərimli Eldəniz Quliyevə Milli Şurada yerini möhkəmləndirmək üçün Eldar Namazovdan uzaqlaşmağı təklif edib. Hətta Əli Kərimlinin ona AXCP-də rəhbərlikdə təmsil olunmaq imkanları tanıyacağını da söz verdiyi bildirilir. Bu səbəbdən də onsuz da "El" Hərəkatı və Eldar Namazovla bağlı narahat olan Eldəniz Quliyev Əli Kərimlinin bu təşəbbüsünə müsbət cavab verib.
Bizdə olan məlumata görə, Əli Kərimli "El" Hərəkatındakı digər şəxsləri də özünə tərəf çəkmək istəyir. Təşkilatları parçalamaqda mahir olan Əli Kərimlinin qısa müddətdə öz istəyinə çatacağı isə şübhə doğurmur.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24