İsa Qəmbər partiyadakı narazıları qəzəbləndirib
10:26 10-12-2014
CƏMİYYƏT
İsa Qəmbər partiyadakı narazıları qəzəbləndirib
Keçmiş başqanın Müsavatı çürük nara bənzətməsi narazıları təşkilatlanmağa sövq edib
İsa Qəmbər getməsi ilə Müsavatda illər ərzində yaranmış dəngələr pozuldu və İsa Qəmbər geri dönsə belə, partiyada dağılma prosesinin qarşısını ala bilməz. Çünki Müsavatdakı hazırkı narazılar elə İsa Qəmbərə də asi düşüblər.
Xüsusən də onun son dövrlərdəki davranışı, müsavatçıların böyük əksəriyyətində ikrah hissi oyadıb. Bu günlərdə İsa Qəmbər bu situasiyanı bəzi müsavatçılar original izah edib.O belə ünsürləri gözəl "gülövşə" narının içinə düşən çürük nar dənələri ilə müqayisə edərək həmin çürük dənələrin təmizlənməsinin vacib olduğunu,əgər belə olmasa o dənələrin narı tam olaraq çürüdə biləcəyini vurğulayıb. Yəni, İsa Qəmbər illər ərzində qurub yaratdığı bir partiyanı çürük meyvəyə bənzədir. Bu da onu göstərir ki, İsa Qəmbərin özü çürük xarakterə sahib olan bir adam imiş ki, yaratdığı qurum da axırda çürük çıxıb. Bunun özü tərəfindən etirafı isə bir siyasətçinin faciəsidir.
İsa Qəmbər vəziyyəti o yerə çatdırıb ki, artıq bir vaxtlar onu liderləri kimi qəbul edənlər onun nə qədər ədalətsiz adam olduğunun şahididirlər. Belə ki, İsa Qəmbərin nar söhbəti Müsavatdakı narazıları daha da aqressivləşdirib.
"Unikal"ın məlumatına görə, narazı tərəf təşkilatlanmağı məqsəd kimi qarşısına qoyub. Bu barədə açıqlama verən Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib ki, Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin fraksiyasının yaradılması ilə bağlı narazı tərəflərlə görüşlər keçirilir, danışıqlar aparılır. O qeyd edib ki, bu, 3-5 nəfərin iştirak etməsi ilə mümkün olan proses deyil: "Bu, gərək narazı qalan üzvlərin böyük əksəriyyətini özündə ehtiva etsin, onların dəstəyini alsın. Əks tədqirdə, heç bir səmərə verməz. Sadəcə, bir-iki gün gündəm yarada bilər. Bu baxımdan fraksiyanın yaradılması müəyyən zaman alacaq. Bizim fraksiya yaratmaqda məqsədimiz partiyadaxili demokratiya və ya bərabər münasibətləri bərpa etməkdir. Odur ki, həm rayon təşkilatlarında olan narazılarla, həm də partiyanın proseslərin gedişindən narazı olan nüfuzlu üzvləri ilə danışıqlar aparmağa və onları bu proseslərə cəlb etməyə çalışırıq. İndiki mərhələdə hələ danışıqlar davam edir. Güman edirəm ki, məsələlər bir az da aydınlaşandan sonra daha aktual yer tutacaq və daha real addımlar ata biləcəyik".
Növbədənkənar qurultayın keçirilməsi məsələsinə gəlincə, T.Abbaslı bunun o qədər də real göründüyünü hesab etmir: "Növbədənkənar qurultayın çağırılma prosedurlarına nəzər salsaq, görərik ki, burada son qərarı partiyanın Məclisi verir. Yəni Müsavat Partiyasının Məclisində də bu gün kimin tərəfdarlarının daha çox üstünlük təşkil etdiyi heç kimə sirr deyil və o Məclisdə növbədənkənar qurultayın keçirilməsi haqqında qərar çıxarmaq praktiki baxımdan mümkün deyil. Odur ki, bu, sadəcə nəticəsiz bir enerji sərfiyyatı olacaq. Ona görə də mən növbədənkənar qurultay məsələsinə isti baxmıram".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər partiyada fraksiya yaradılmasının və növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.
Amma İsa Qəmbər Arif Hacılının tərəfini tutmaqda davam edir. Sözsüz ki, bu da ona qarşı olan etimadı sıfıra endirib. Əgər belə davam etsə, abırına qısılıb qalanlar da İsa Qəmbərə görə istefa verib gedəcəklər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15