Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin "razborka"sı böyüyür
10:41 11-12-2014
CƏMİYYƏT
Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin "razborka"sı böyüyür
Nurəddin Məmmədli ADP sədrini təhqir elədi, məsələyə qardaşı qarışdı
Radikal müxalifət düşərgəsində boğuşma davam edir. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimli ilə bağlı ittihamlar səsləndirməsi tərəflər arasında gərginliyə səbəb olub.
Sonuncu dəfə müsahibə verən Sərdar Cəlaloğlu Əli Kərimli ilə bağlı şok məlumatlar açıqlayacağını deməsi AXCP üzvlərinin kürkünə birə salıb. Bu səbəbdən də əks hücuma keçiblər. Amma bu hücum da cavabsız qalmayıb.
"Unikal"ın məlumatına görə, AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə ADP sədri Sərdar Cəlaloğlunun böyük qardaşı, Qarabağ əlili Əbdül Məmmədli arasında dava düşüb. Buna səbəb Nurəddin Məmmədlinin Sərdar Cəlaloğlu haqqında yazdığı fikirlər olub. AXCP sədrinin müavini Facebook səhifəsində bildirib ki, vaxtilə S.Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı: "Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Daim təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir. Bir sözlə o, Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də, ciddiyə alıb Cəlaloğluna baş qoşmağa ehtiyac görmürəm".
Nurəddin Məmmədlinin bu fikirlərinə Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədov sərt reaksiya verib: "Fikirləriniz məndə belə sual yaratdı ki, bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin Məmmədli müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli Kərimliyə hansı səbəbdən müavin getdi? Hansı ağıl və zəka ilə siz Sərdar Cəlaloğlunu hansısa ağlı kəmlərə söydürürsünüz? Bəyəm, Sərdarın Əli Kərimli kimi bir neçə maşını, cangüdənləri, villası var? Bəyəm, Sərdar Cəlaloğlu da Əli kimi dəfələrlə dediyi sözün əksini edərək gedib Milli Məclisdə oturub? Zibilinizi ört-basdır etməkdən ötrü Sərdarı bir daha təhqir etsəniz, onda mən də öz bildiklərimi və sizin kimi bilmədiklərimi ictimai fikir kimi yazaram". Daha sonra Əbdül Məmmədov qeyd edib ki, Nurəddin Məmmədlinin Cəlaloğlu haqda fikirləri haqlı deyil, ancaq o, bunları deməyə məcburdur: "Çünki aldığı pulun haqqını ödəməlidir. Adam qandığı şeydən danışar".
Görünən odur ki, Əli Kərimli ilə Sərdar Cəlaloğlu arasında başlanan bu savaş hələ uzun müddət davam edəcək. Yəqin ki, ADP sədri Əli Kərimli ilə bağlı ifşaedici məlumatları açıqlayacaq. Bununla da qarşı tərəf qara piar kampaniyasını işə salacaq və bir-birini biyabır etməyincə dayanmayacaqlar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24