Avropa və ABŞ-ı düşündürən uçurum
10:42 11-12-2014
CƏMİYYƏT
Avropa və ABŞ-ı düşündürən uçurum
Ramiz Mehdiyevin ""Beşinci kolon" xarici hökumətlər üçün işləyən təşkilatlar və hərəkatlardır" məqaləsinə psixoloji baxış
Bu günlərdə Prezident Admnistrasiyasının rəhbəri , akademik Ramiz Mehdiyevin ""Beşinci kolon" xarici hökumətlər üçün işləyən təşkilatlar və hərəkatlardır" başlıqlı məqaləsi dərc olundu və bir çox prinsipial məqamlar gündəmə gətirildi. Bu yazıda isə nədən Qərbin və ABŞ-ın xarici siyasətdə belə mövqe tutmalarının psixoloji səbəblərinə aydınlıq gətirəcəyik.
ABŞ modelindən
itirən Qərb
ABŞ-ın yaranma tarixinə diqqət ayıranda nələr görürük?
1. Yerli tayfalar sıradan çıxarılır
2. Dünyanın müxtəlif ölkələrindən gələn insanların bir mərkəzdən idarə olunması üçün, bütün maraqları özündə əks etdirən qaydaların (demokratiya dediyimiz sistem-E.E.) tətbiqi
3. Vəhşi kapitalizmin inkişafına göz yummaq (müstəmləməkəçilik sisteminin başqa forması)
4. Vəhşi kapitalizmdən intellektual kapitalizmə keçid
5. İntellektual kapitalizmin gücü ilə Qərbə axın etmək
Hesab etmək olar ki, bu mərhələlər müasir Amerikanın formalaşmasına gedən yol idi. Eyni sistem demək olar ki, Qərbdə də tətbiq olunmağa başladı və Avropanın özündə kifayət qədər ciddi sosioloqlar, psixoloqlar bu sistemin tətbiqinin tam əleyhinə idilər. Çünki Qərbdəki mühitlə, ABŞ mühiti tam ziddiyyətli idi. Nəyə görə?
ABŞ-dan fərqli olaraq Avropada köklü dövlətlər və bu dövlətlərin sahibləri olan millətlər mövcuddur. ABŞ isə xalqçılıq prinsipinə üstünlük vermişdi və Qərb bu prinsipi qəbul edərdisə deməli millət anlayışını, tam olaraq xalqçılıqla əvəz etməli idi və etdilər də. Amma bunu sadəcə olaraq qüsurlu NLP sistemi ilə həyata keçirtdilər və güman etdilər ki, vahid Avropa ailəsinin yaranması ilə daha çox inkişafa nail olmaq mümkündür.
QEYD: NLP
Hətta Avropada artıq svilizasiyaların toqquşmasından imtina çağırışları səsləndi, prinsiplər işlənildi və tolerantlığa "hə" deyildi. Bu o zaman idi ki, Avropa ilə ABŞ-ı birləşdirməyə məcbur edən SSRİ dağılırdı. SSRİ-in dağıntısı isə Avropanı bir məsələdə şoka saldı. Aydın oldu ki, millətləşmədən imtina etməklə ciddi problemlərlə üz-üzə qalıb. Bunlar nə idi?
1. Kənar mədəniyyətlər Avropa mədəniyyətini sıradan çıxarır
2. Svilizasiyaların bu biri başında dayanan İslam dini Avropanı bürüyür
3. Şərqdən axışıb gələn digər millətlər yerli sakinlərə nəinki qaynayıb qarışır, həm də təsir imkanlarını artırırlar.
Qərbin ilk həyacanı
Avropa məhz bunları görəndən sonra özünə təlqin edilən NLP sistemindən imtina etməklə, ətraf mühitə bu NLP-ni təqdim etməyə, hətta bunu şərt kimi qoymağa başladı. Diqqət yetirin, bu gün Avropa Şurasının, Avropa Birliyinin digər institutlarının possovet ölkələrinə, Orta Şərq ölkələrinə təqdim etdiyi demokratik prinsiplərə, dəyərlərə. Hesab etmək olar ki, adı çəkilən beynəlxalq institutların təqdim etdiyi bu şərtlərin 60 faizdən çoxu bəzi hallarda mümkün olmayan yaşayış tərzinə keçid və baxışların tam korroziyasıdır. Çünki bu gün avropalı Conla, azərbaycanlı Əhmədin dərketmə, ətraf mühitə yanaşma, komplekslər sistmində, xarakterik insan tiplərində ciddi fərqlər var və bir zamanlar çətinliklə qəbul etdikləri və sonra yanlış hesab etdiklərini Conlar indi ətrafa həzm etdirməyə cəhd edirlər. Bu əslində özünümüdafiə sistemindən başqa bir şey deyil. Digər tərəfdən aydın olur ki, bu gün Avropa əslində yeni nəslini ətraf mühitdən, yəni avropalı olmayanlardan kənarda formalaşdırmağa çalışır ki, bu da Bodreline şəxsiyyət tipinə keçidin geniş formasıdır.
Qərb yenidən necə
formalaşmağa başlayır?
Yuxarıda dediyimiz kimi Avropada Bodreline şəxsiyyət tipinə keçid başlayır. Bu isə o nəticəni verəcək ki, avropalı gənc kənar mədəniyyətlərdən uzaq olmağa çalışacaq və onu yamsılamağa çalışan ətraf mühitlə əhatələnəcək. Deməli istənilən halda avropalı gənc onu yamsılayandan daha effektli nəticəyə sahiblənəcək. Gəlin bir reallığı qəbul edək bu gün istər Avropa, istərsə ABŞ tolerantlığa ən dözümsüz qütblərə çevrilməkdədirlər. Bu isə heç də təsadüf deyil. Düzdür, dünyanın yenidən bölüşdürülməsi, daha çox paya sahib olmaq, dünya ağalığı uğrunda savaş kimi məqamlar var. Amma bizim missiyamız psixoloji məqamları araşdırmaqdır. Bu baxımdan tolerantlığa dözümsüzlüyün kökündə bu məqamlar durur
1. Genetik çatların yaranması
2. İnanc sisteminin ciddi zədələnməsi
3. Sosial problemlərə tam dözümsüzlük
4. Mənəvi zövq və nifrət hədəflərinin azması
Bütün bunlar isə özlüyündə beyin mərkəzlərini ciddi narahat edir. Çünki proseslərin bu şəkildə inkişafı Avropanın faktiki fəthi ilə sona çatacaq. Buna görə hazırda Avropada çox maraqlı başqa proses baş verir. Hər bir avropalının yerinə, artıq Avropanı yenidən bir tərəfə çevirməyə çalışan beyin mərkəzləri düşünür. Bu gün avropalı Conun əvəzinə Avropa Birliyi düşünməyə sadəcə məhkumdur və bu proses ətraf bölgələrə daha ciddi təsir edəcək.
Bəs Azərbaycan?
Sözsüz ki, bu proseslərin Azərbaycana təsirinə xüsusi diqqət ayırmaq lazımdır. Akademik Ramiz Mehdiyev məsələnin siyasi tərəfini tam çılpaqlığı ilə açıqlayıb. Bu yazıda isə gəlin psixoloji təsirlərə diqqət ayıraq. Bu gün ilk anda gəlin düşünəyin, Avropa və ABŞ deyiləndə hansı hissləri yaşayırıq?
1. Hakim düşərgə anındaca siyasi basqıları düşünür
2. Müxalifət bu qüvvələrə onlara xoş ömür gətirəcək ağatlı oğlan kimi baxır
3. Siyasi proseslərdən kənar və ya passiv təbəqə isə bəzi hallarda bu qüvvələrə yeni Kreml kimi, bəzi hallarda isə Yaxın Şərqə bəla gətirən güc kimi yanaşır.
Nəticədə ortaya
çıxan nədir?
İlk məqam budur ki, ümumilikdə psixoloji bir tərpəniş, özü də pozuntu hədli tərpəniş ortaya çıxır. İkinci məqam budur ki, Avropa və ABŞ-ın beyin mərkəzlərinin təzyiqləri artdıqca azərbaycanlı fərdin də özündən imtinaya həvəs güclənir. Avropalıya oxşamaq səbəbindən, avropalıdan təfəkkür baxımdan aşağı olmaq düşüncəsinin təsirində olma səbəbindən, bir dövlət olaraq Avropa ölkələrindən daha geridə qalma anlayışını süni şəkildə həzm etmə səbəbindən, erməni lobbisinin Avropada daha güclü olmasını arqumentləşdirərək onlardan aslı halda olduğumuzu qərarlaşdırma səbəbindən. Nəticədə bir fərdin bu hisslərə hakim olmasına görə hansı psixoloji gərginliklər yaşadığını təsəvvür etmək o qədər də çətin deyil. Və bu proses daha da inkişaf edəcək.
Yeni iddialı Avropa
Avropa və ABŞ-ın Azərbaycana ilk gəlişləri (siyasi tərəfini bir kənara qoyuruq yenə. E.E.) serillar və Hollivudla başladı. Bundan sonra dini missioner qrupların aktivliyi ilə müşahidə olundu. Daha sonra isə tutalım Daşkəsənin ucqar bir kəndində yeniyetmələrə "prezrativləri" nümayiş etdirməklə təhlükəsiz seks dalğasına start verildi. Bu gün isə demokratiya və insan haqları, söz azadlığı gündəmə gəlib. Gəlin indiki məqama diqqət ayıraq. BİZƏ DEMOKRATİYA,SÖZ AZADLIĞI,İNSA HAQLARI LAZIMDIRMI? . Sözsüz ki, lazımdır. Onda gəlin bəzi suallara cavab tapaq.
1. Hakimiyyətin keçirtdiyi seçkiləri başa düşdük, bəs nədən müxalifət partiyalarının demək olar ki, əksəriyyətində rəhbərlik dəyişiklikləri ilə bağlı qrultaylar keçiriləndən sonra bu partiyalar bir neçə yerə parçalanır?
2. Nəyə görə kütlə psixologiyasından kənar bir fikir səslənərkən cəmiyyət bu fikirlərə aqressiv yanaşır?
3. Nəyə görə ailə münasibətləri pozulan və boşanan insanlara ikrahla yanaşırıq?
4. Nəyə görə ailə qurmadan övlad sahibi olan şəxsləri cəmiyyətin ən əxlaqsız təbəqəsi kimi qəbul edirik?
Bu tip sualları milyonlara çatdırmaq olar. Amma məqsəd başqadır. Bütün bunlar təsdiqləyir ki, insan haqları, demokratiya öncə məişətdən gəlməlidir. Təfəkkürdə bunun öz kodlarımıza uyğun qəlibi formalaşmasa bu sadəcə mümkünsüzdür. Və beləliklə aydın olur ki, demokratiya, insan hüquqları heç də yalnız siyasi fikirlərini demək üçün aksiya, mitinq keçirtməkdən ibarət deyil. Soruşa bilərik,Qərb və ABŞ bunu bilmirmi?
Sözsüz ki, bilir və bunu da bilir ki, yüz illik müharibələr, təriqət savaşlarından keçəndən sonra bir qüvvə kimi meydana çıxa bildilər. Amma Azərbaycana gəldikdə bunları nəzərə almağa ehtiyac hiss etmirlər və bunun səbəbini açıqlayacağıq. Hələlik isə bir suala cavab tapaq. Azərbaycan hazırda hansı mərhələni yaşayır?
1. Vəhşi kapitalizmdən uzaqlaşaraq intellektual kapitalizmə keçid etmişik
2. Genetik köklərimizə bağlılıq istənilən süni NLP-lərə baxmayaraq inkişaf edir
3. Dünən SSRİ, bu gün Avropa və ABŞ məntiqindən uzaqlaşmağa çalışırıq
4. İntellektual fərd bazasında inkişaf tempi hiss olunur
Bütün bunlar isə Azərbaycan fərdinin 20-50 ildən sonrakı inkişaf tempini açıq şəkildə göstərir. 20-50 ildən sonra çöküşə doğru yönələn Avropa və ABŞ-ı narahat edir. Düzdür, bu sətirləri oxuyanda belə iddia oluna bilər ki, müəllif olaraq hesab edirəm ki, ABŞ və Avropanın dərdi-səri yalnız Azərbaycandır. Yox, bu gülüncdür və bu iddiam yoxdur. Əsl məqsəd isə budur ki, svilizasiyaların toqquşması qaçılmazdır və Azərbaycan mühüm bir rol oynayır. Azərbaycan isə nə Şərq, nə də Qərb svilizasiyasının bir hissəsidir. Azərbaycan istər Şərq, istərsə Qərb svilizasiyasına Türk svilizasiyası,Səfəvi,Osmanlı svilizasiyası ilə töhfələr verən svilizasiyaya sahibdir.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15