İran paytaxtında erməni terroru polemikası - skandal
DQİDK-in sabiq sədri Tehranda erməni terrorundan danışıb, erməni nümayəndələri zalı tərk edib
BMT Baş Assambleyasının təsdiq etdiyi "Dünya Zorakılığa və Ekstremizmə Qarşı" platforması bu günlərdə Tehranda beynəlxalq konfrans keçirib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, hazırda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) sədri Elşad İskəndərov da iştirak edib.
Tədbirin 1-ci günündə "Qloballaşma və Terrorizm" başlıqlı paneldə çıxış edən, E. İskəndərov öz çıxışında ermənilərlə İŞİD terrorçularını müqayisə edib və bildirib ki, İŞİD silahlıları tərəfindən bu gün yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi və bu görüntülərin ictimaiyyətdə qorxu yaratması üçün bilərəkdən terror təşkilatı tərəfindən yayılması taktikası hələ 1992-ci ildə Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən istifadə edilib. Daha sonra, E. İskəndərov qeyd edib ki, "əgər o zaman dünya "yaxşı terrorçu pis terrorçu" prinsipindən çıxış etməyib ermənilərin törətdiyi bu ilk post-sovet qətliamına lazımi hüquqi-siyasi qiymət verib, cinayətkarları məsuliyyətə cəlb etsəydi, bəlkə 1995-ci ildə Srebrenisada 8000 insanın soyqırımının və bu gün on minlərlə günahsız bəşər övladının İŞİD tərəfindən öldürülməsinin qarşısını ala bilərdik". Belə bir bəyanatın Ermənistanla sıcaq münasibətləri olan İranın paytaxtında səsləndirilməsi maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Və bu zaman maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, eyni tədbirdə Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Hovakimyan üçün tədbir elə açılış mərasimində uğursuz başlayıb. İran Prezidenti Ruhaninin iştirakı ilə keçirilən açılış mərasimində beynəlxalq qurumun sədri olan Azərbaycanlı diplomatın protokol tərəfindən 1-ci sırada, erməni yetkilisinin isə onun arxasında oturdulması Hovakimyanın və erməni diplomatların əsəbiləşməsinə səbəb olub. Bu səbəbdən, terrorizm mövzusunda keçirilən vacib iclasa qatılmayan erməni nazir müavini əvəzinə ölkəsinin İrandakı səfirini göndərmişdir.
Bu olayın davamında isə, həmin iclasda çıxış edən E.İskəndərovun erməniləri açıq şəkildə terrorçu adlandırması və İŞİD-lə müqayisə etməsi nəticəsində açıla biləcək polemikaya girməkdənsə erməni səfir zalı əsəbi şəkildə tərk etməyi üstün tutub. Qeyd edək ki, təqdim olunan fotoda da bu, açıq-aydın görünür.
Fuad
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
