Azərbaycanda icra başçısı və müavininə hücum etdilər
Qanunsuz tikililərin sökülməsinə etiraz nəticəsində başçı, müavinini və 5 polis yaralandı
Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib. "Unikal"ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət almış, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişlər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Gəncədə Nizami rayon İcra Hakimiyyətinin başçısı və müavininin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Gəncə və Kəlbəcər İcra Hakimiyyətləri münasibət bildirib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev bildirib ki, heç bir sakin incidilməyib: "Orada sakinlərə dəllalar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni hadisə həmin dəllallar tərəfindən törədilib. Həmin hadisəni törədən şəxslər də həbs edilib".
İcra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: "Məcburi köçkünlər üçün qəsəbələr salınıb. Dünən insident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb". N.Həmzəyevin sözlərinə görə, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hadisədən bir gün öncə Kəlbəcər sakinləri ilə görüş keçirib: "Sakinlər görüşdən razı qalmışdı".
Məsələ ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH nümayəndəsi Əbülfəz Mehdiyev isə bildirib ki, həmin tikililərin qanuni sənədi yoxdur: "Lakin qışın soyuğunda insanların tikililərini sökmək doğru deyil. Onlar orada 1993-cü ildən məskunlaşıblar".
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
