İslamda qadın hüquqları
11:00 12-12-2014
SİYASƏT
İslamda qadın hüquqları
Bu gün dünyada insan hüquqları, əsasəndə qadın və uşaq hüquqları ən çox müzakirə edilən mövzuya çevrilib. Maraqlıdır, bəs İslam dinində qadın hüquqları necə tənzimlənib? "Unikal"ın apardığı araşdırmalar göstərir ki, İslamın yeni zühur etdiyi dövrd? dünya ictimaiyyətinin nəzərində qadına qarşı iki fikir mövcud idi:
1. Bəziləri qadını heyvanla bir sanır və onlara görə qadın cəmiyyətin üzvü hesab olunmurdu. Lakin müxtəlif işlərlə əlaqədar olaraq kölə kimi saxlanılır, istismar olunurdu. Misal üçün, nəslin artımında və sair işlərdə onlara ehtiyac duyulurdu.
2. Birinci qrupa nisbətən mədəni sayılan başqa qrupun bir fikrincə isə, qadın cəmiyyətin natamam üzvü hesab edilirdi. Qadına hətta şüursuz uşaq, yaxud bir əsir kimi baxılırdı və onun hüquqları kişilərin ixtiyarında idi.
Qadını ilk dəfə dünyada cəmiyyətin kamil üzvü sayan və onu həqiqi mənada qiymətləndirən Islam dini olmuşdur: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməllərini puça çıxarmaram. Sizin hamınızın xilqəti birdir."
İslam ictimai məsələlərdə qadına yalnız üç yerdə müdaxiləyə icazə verməyibdir:
1) rəhbərlik; 2) məhkəmə hakimi vəzifəsində çalışmaq; 3) müharibədə ön cəbhədə vuruşmaq. Dini mənbələrdə qeyd olunduğu bunun səbəbi qadınların emosiyonal, kişilərin isə rasional xarakterli olmasıdır.
Bu üç vəzifə isə sırf qəti qərar və diqqətə əsaslanmalı, qəlbi hisslərdən və duyğulardan uzaq olmalıdır. Belə isə onların qadın kimi zərif mövcuda tapşırılması düzgün deyildir və hətta təcrübə də onların inkişafa səbəb olmayacaqdır.
Qərb aləminin kişi və qadın üçün müştərək təlim və tərbiyə proqramları nəzərdə tutmasına baxmayaraq indiyə kimi ictimaiyyətin bu üç sahəsində qadınların tutarlı bir bal toplaya bilməmələri buna ən gözəl dəlildir. Güclü siyasətçilər, hakimlər və sərkərdələrin sırasında qadınların sayı kişilərə nisbətdə çox cüzidir. Halbuki bunun əksi tamamilə üstünlük təşkil edir (buna misal olaraq tibb bacısı, rəqqasə, rəssam, bəstəkar və kino aktrisalarını göstərmək olar).
İslamda irsin bölümünə əsasən, qadına bir pay, kişiyə isə iki pay çatır. Bunun səbəbi qadının güzaran və xərcinin kişinin öhdəsinə düşməsilə əlaqədardır. Burada yenə də qadınların emosiyonal, kişilərin isə rasional olması nəzərə alınmışdır.
Hər əsrdə yer üzünün sərvəti o əsrdə yaşayanlarındır və sonra gələn nəsillər isə onların varisi olur. Qadınla kişinin sayı həmişə fərqli olduğu üçün İslamda irsin üçdə ikisi kişiyə və üçdə biri isə qadına çatır. Bununla belə, qadının xərci kişinin öhdəsinə düşdüyü üçün o, ərinin payının yarısına şərik olur.
Deməli, qadın irsin üçdə birinə malik olsa da, onun istifadəsi zamanı yenə ona üçdə ikisi qismət olur, kişiyə isə üçdə biri çatır. Beləliklə, yalnız mülkiyyət baxımından irsin üçdə ikisi təfəkkür sahibinin, üçdə biri atifə sahibinindir, istifadəsinə gəldikdə isə, əksinə üçdə ikisi qadının, üçdə biri isə kişinindir. Bu isə ən gözəl bölgüdür.
Bundan əlavə, belə bölgünün ailənin təşkilinə mühüm faydaları vardır.
Dinin psixoloji proqramlarına əsasən, bu məsələ yenə də kişilərdə təfəkkür qüvvəsinin üstünlük təşkil etməsilə əlaqədardır (bu o deməkdir ki, qərarlarında tez hisslərə qapılmırlar). Lakin bununla belə, İslam dini qadınlara da müəyyən imtiyazlar vermişdir, məsələn, həyat qurarkən nikah zamanı bir sıra şərtlərlə kişinin ixtiyarını azalda bilər, yaxud qoyulan şərtlərin pozulması ilə boşanmaq üçün imkan qazana bilərlər.
Məlum olduğu kimi İslam neçə dəfə evlənməyi vacib etməyib və kişinin də yalnız dörd qadın almağa hüququ çatır. Bu da o vaxt mümkündür ki, onlarla ədalətlə rəftar edə bilsin. Belə bir hökmün icra olmasının şərti budur ki, bu hökm cəmiyyəti qadın azlığı və kişi çoxluğu problemi ilə üzləşdirərək hərc-mərcliyə səbəb olmasın.
Kişilərə gəldikdə isə məsələ aydındır ki, onların hamısı bu işə qadir deyillər. Çünki yaşayış üçün ailəni evlə təmin etmək, qazanc və arvad-uşaqların xərci kişinin öhdəsinədir. Bundan əlavə ədalət də bir şərt kimi nəzərə alınmışdır. Belə isə az adam üçün bu şərait yarana bilər. Bir də ki, həmişə təbiət və xarici aləmin qanunlarına əsasən, qadınların evlənmə həddinə çatması tez baş verir və bu da onların sayının çoxluğuna daha çox imkan yaradır.
Əgər müəyyən bir ili başlanğıc təyin edib anadan olan oğlan və qız uşaqlarının sayını qeydə alsaq, 16 ildən sonra fizioloji baxımdan ailə qurmağa hazırlığı olan qızların sayı oğlanlardan yeddi dəfə, 20 ildən sonra 11/5 (2,2) dəfə, iyrimi beş ildən sonra isə (adətən evlənmək üçün normal yaş vaxtı) 16/10 (1,6) dəfə çox olacaq. Belə olduqda, əgər çoxarvadlı kişiləri sayını beşdə bir fərz etsək, 8% kişilər bir arvadlı və 20% isə dörd arvadlı olacaq və otuzuncu ildə isə kişilərin 20%-i üç arvadlı olacaqdır.
Bundan əlavə, qadınların ömrü kişilərdən çox və həmişə cəmiyyətdə dul qadınların sayı dul kişilərdən artıq olur. Eləcə də kişilərin tələfatı qadınlardan çoxdur, xüsusilə dünya müharibələrini buna misal göstərmək olar.
Son vaxtlar qəzet və jurnallarda verilən məqalələrdən biri də bu idi ki, "Almaniya Qadınlar Cəmiyyəti" dövlətdən İslamda olan çoxarvadlılıq qanununun Almaniyada da icra olunmasını istəmişlər. Çünki, bu vasitə ilə dul qadınların da cinsi ehtiyacları təmin olunacaqdı. Amma dövlət isə kilsənin müxalifəti ilə bu təklifi qəbul etməmişdir.
Başqa bir tərəfdən isə qadınların çoxarvadlılıqla müxalifəti hansısa bir instinktiv hissdən qaynaqlanmır. Çünki kişilər ikinci, üçüncü və dördüncü arvadı zorla almırlar. İkinci, üçüncü və dördüncü arvad olanlar da göydən düşməyiblər və onlar da adi qadınlardır. Bu adət min illərdir ki, bir çox millətlər arasında olub və bu yolla nə pozğunluq əmələ gəlib və nə də qadın azlığı yaranmışdır.
Qəbul edirsiniz ki, kişi üstün və güclü varlıqdır. Bu halda gərək o, öz əməllərinə nəzarət etməyə İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: "Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır" buyurmuşdur. Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: "Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız" deyə buyurmuşdur. Başqa hədisi şəriflərində də: "Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam" deyə buyurur.
Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: "Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır" buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): "Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır." Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir:
"Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!",
"Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar",
"Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır".
"Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır".
"İçinizdə xanımına ən yaxşı davranınız mənəm" ,
"Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar".
"Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər",
"Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin!",
"Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar".
"İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər".
"Üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar".
"Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!"
Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: "Qadınlarınızla yaxşı keçinin; əgər onlardan xoşunuz gəlməsə belə!..Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar".
Hz. Peyğəmbərimiz (s.a.v.): "Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!" buyurmuşdur. Qadınlar qarşı daim xoş olmaq gərəkdir. Həmçinin bir hədisdə: "Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər" buyurulur. Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər. Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir. İltifatsız mərifət isə zaydır.
İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır.O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası )... kimi surə adları vardır.
Digər Xəbərlər
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48