Müsavatı mitinq biabırçılığı gözləyir
10:21 13-12-2014
İQTİSADİYYAT
Müsavatı mitinq biabırçılığı gözləyir
Bakı meriyası Müsavatın mitinqinə razılıq verdi, amma partiya rəhbərliyi aksiyanı təxirə sala bilər
Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqə Şəhər İcra hakimiyyəti tərəfindən rəsmən razılıq verilib.
"Unikal"ın məlumatına görə, bu barədə partiyanın başqanı Arif Hacılı özünün Facebook statusunda yazıb. Mitinq saat 15.00-da "Məhsul stadionu"nda baş tutacaq. Mitinq məhbus siyasilərin azadlığa buraxılması tələbilə keçirilir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev deyib ki, mitinq keçirmək hər bir partiyanın hüququdur, bu hüquqa da hörmətlə yanaşmaq lazımdır. "Bizə bu mitinqdə iştirakla bağlı müraciət olunmayıb, olunacaqsa, tərəfimizdən dəyərləndiriləcək. Dəvət olunmasa belə üzv və tərəfdarlarımıza mitinqdə iştirakla bağlı heç bir qadağa da qoymayacağıq. Kim istəsə bu mitinqdə iştirak edə bilər. Rəhbərlikdə təmsil olunanlar da mitinqə qatıla bilər. Keçirilən mitinqlərin əksəriyyətində ADP-nin rəhbərliyində təmsil olunanlardan kim istəyibsə iştirak edib" - deyə ADP yetkilisi bildirib.
Amma digər müxalifətçilər T.Əliyevdən fəqrqli düşünürlər. Belə ki, əksəriyyət Müsavat Partiyasının mitinqinə dəstək vermək niyyətində deyil. Bu barədə "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Azərbaycanda sərbəst toplaşmaq hüququndan hər kəs istifadə edə bilir və bununla bağlı heç bir problem yoxdur: "Müsavat Partiyası da bu hüququndan istifadə edir. Keçirtsinlər. Düşünürəm ki, bu mitinqə kütləvi dəstək olmayacaq. Yalnız öz partiya mənsubiyyəti olan şəxslərin istirakı gözlənilir. Xalqın ciddi dəstəyini gözləmək lazım deyil".
"Müsavat Partiyasının təşkil etdiyi mitinqə qatılmayacağıq. Çünki bu mitinq üçün sosial sifariş yoxdur". Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib. O bildirib ki, ölkədə daxili problemlərin həlli üçün mitinq çıxış yolu deyil.
AMİP sədri siyasi partiyalar arasında dialoq qurulmasının tərəfdarı olduğunu da vurğulayıb: "Düşünürük ki, siyasi düşərgə məsələləri dialoqla yoluna qoymalıdır. Hakim Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyaları bir masa arxasında ölkədə və dünyada baş verənləri müzakirə etməlidirlər. Hazırda Dağlıq Qarabağ probleminin həllinə çalışmaq lazımdır, ermənilərin beynəlxalq aləmdə Azərbaycan əleyhinə kampaniya aparmasının qarşısı alınmalıdır. Bu məsələdə ölkədəki bütün siyasi düşərgələr birləşməlidir, diqqəti bu problemin həllinə yönəltmək lazımdır".
"Unikal"ın əldə etdiyi məlumata görə, Müsavat Partiyasının rəhbərliyi meydana yetərli qədər adam çıxara bilməyəcəklərini anlayırlar. Digər müxalifət partiyalarının da dəstək verməyəcəklərini anlayan Müsavat rəhbərliyi mitinqi təxirə də sala bilərlər. Hər halda, qısa müddətdə hər şey aydın olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59