Gürcüstanın yeni qanunu etnik qarşıdurma yaratmağa yönəlib
"Borçalı Cəmiyyəti" İctimai Birliyi öz üzvlərinin Gürcüstana buraxılmamasına etiraz olaraq, mətbuat konfransı keçirib.
Konfransda danışan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, rəhbəri olduğu qurumun barış və sülhün carçısı olduğunu qeyd edib.
O, bildirib ki, cəmiyyətin Gürcüstanda keçirdiyi "Elat" tədbirlərinin məqsədi milli -mənəvi dəyərlərimizi bərqərar etməkdən ibarətdir: "Ancaq Gürcüstan hakimiyyəti tərəfindən bizə qarşı etimadsızlıq mühiti mövcuddur".
Cəmiyyət rəhbərliyinin və üzvlərin böyük əksəriyyətinin Gürcüstan kökənli olduğunu xatırladan Z.Məmmədli bildirib ki, bu ilin iyul ayında cəmiyyət rəsmisi Salman Murğuzov sözügedən öıkənin sərhəd-keçid məntəqəsinin əməkdaşları tərəfindən ölkəyə buraxılmayıb: "Biz bu məsələni araşdırmaq istəsək də, rəsmi Tbilisi tərəfindən bizə heç bir cavab verilmədi. Oktyabrınn 19-da isə Gürctanın Vaxtanqisi sərhəd-keçid məntəqəsindən ölkəyə keçidə qadağa qoyulub. Bu ölkənin Daxili İşlər Nazirliyi isə onlara ünvanlanan sorğuya cavabında "Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında" Gürcüstan qanununun XI maddəsinin I bəndinin "E" hissəsinə görə, bu ölkəyə buraxılmadığı bildirilib. Bu qanunda göstərilir ki, xarici vətəndaş ölkənin təhlükəsizliyinə zərər vurarsa və ictimai sabitliyi, insan haqlarını kütləvi şəkildə pozarsa ölkəyə buraxılmır. Mən isə bu ittihamları tam əsassız hesab edirəm və tələb edirəm ki, bu qadağa tam aradan qaldırılsın".
Onun sözlərinə görə, Tbilisinin bu qərarı Borçalı Cəmiyyətinin fəaliyyətinə kölgə salmağa, etnik qarşıdurma yaratmağa yönəlib: "Eyni zamanda bu hakimiyyətin milli azlıqlara dözümsüzlüyünün təzahürüdür. Azərbaycanın və Gürcüstanın milli maraqlarını təhdid edən bir qərardır. Hesab edirəm ki, bu qərar digər fəsadlara yol açmamış, Gürcüstan hakimiyyəti sağlam yanaşma göstərməli və ədaləti bərpa edərək, bizim ata-baba yurdumuza maneəsiz gediş-gəlişimizə şərait yaradılmalıdır".
Tədbirin sonunda bu ittihamlara etiraz edən Borçalı Cəmiyyəti Gürcüstan hakimiyyətinə qarşı bəyanat verib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15