Nalbandyan: "Türkiyə ilə əməkdaşlıqdan danışmaq hələ tezdir"
10:30 13-12-2014
CƏMİYYƏT
Nalbandyan: "Türkiyə ilə əməkdaşlıqdan danışmaq hələ tezdir"
"Ermənistanın diplomatiyası və xarici siyasəti bütün ölkələrlə əməkdaşlığını inkişafına yönəlib".
Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabrın 12-də Latviyanın xarici siyasət idarəsinin rəhbəri Edqars Rinkeviçslə birgə keçirilən mətbuat konfransında bəyan edib: "Əməkdaşlığı yalnız buna hazır olanlarla etmək olar".
Nalbandyan bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələ ilə bağlı çağırışına erməni tərəfinin mövqeyini açıqlayarkən deyib. Xatırladaq ki, Çavuşoğlu Ermənistanın bir sıra şərtlər daxilində regional layihələrə cəlb olunmasının mümkünlüyünü bəyan edib.
"Ermənistanla sərhədləri açmayan, diplomatik əlaqələrin bərpasından imtina edən, "erməni soyqırımı"nın tanınması ilə bağlı aqressiv siyasət yürüdən, ümumiyyətlə Ermənistana və erməni xalqına qarşı kifayət qədər düşməncəsinə mövqedə olan tərəflə əməkdaşlıq mümkündürmü? Türkiyə öz tarixi ilə üz-üzə qalmağa hazır olacaqsa, bununla bağlı öz üzərinə öhdəlik götürəcəksə, o zaman bütün məsələləri müzakirə etmək olar. Türklər təkcə öz bəyanatlarını yox, beynəlxalq ictimaiyyətin də nə dediyini eşitməlidir. Belə demək mümkünsə, top Türkiyə tərəfindədir. Türkiyə nə zaman əlini Ermənistana uzadacaqsa, onda əməkdaşlığı inkişaf etdirmək olacaq", - Nalbandyan vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15