Qubad İbadoğlunun hərəkatının təşkilatçılarının adları açıqlandı
11:40 16-12-2014
CƏMİYYƏT
Qubad İbadoğlunun
hərəkatının təşkilatçılarının adları açıqlandı
Müsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsi (TK) formalaşdırılıb.
Bu barədə məlumatı TK üzvü Vurğun Əyyub yayıb. Məlumata görə, TK tərkibi 17 nəfərdən ibarətdir.
Bura Akif Nəcəfli, Dünyaxanım Cərullayeva, Hamlet Səfixanlı, Hüseyn Məlik, Ədalət Yusibov, Ənvər Əhməd, Ellada Məmmədli, İsmayıl Yusibov, Qubad İbadoğlu, Məhəbbət Murad, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Sədaqət Paşayeva, Səxavət Əlisoy, Taleh Əliyev və Vurğun Əyyub daxildir.
"Hərəkatın təsisçilərdən bəziləri Təşkilat Komitəsinə öz təşəbbüsləri ilə qatılıblar. Təsisçilərə siyahının sayında dəyişiklik etmək səlahiyyəti verilib. Növbəti iclasda Təşkilat Komitəsinin üzvləri arasında iş bölgüsü aparılacaq", - deyə V. Əyyub bildirib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15