Millət vəkili: "Dünya bazarında neftin
ucuzlaşması səbəbindən Azərbaycanda "Aİ-95" markalı benzininin qiyməti aşağı salınmalıdır"
Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycana idxal olunan "Aİ-95" markalı avtomobil benzininin qiymətinə yenidən baxmalıdır.
Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
"Bu qiymətə yenidən baxılmalı, qiymətlərə müəyyən qədər təsir edilməlidir. Dünya bazarında neftin qiyməti əgər 62 dollara düşübsə, benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır. Ona görə də hesab edirəm ki, müəyyən müddət - 2015-ci ilin I yarım ili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan "Aİ-95" markalı benzin ucuzlaşmalıdır", - deyə V. Əhmədov.
Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan "Premium Euro-95" markalı benzinin qiyməti bu ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan "Azpetrol" şirkəti "Premium Avro-95" markalı benzinin qiymətinin aşağı salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium" benzinin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə endirilib.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Başqa sözlə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
Qeyd edək ki, ölkədə ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan Azərbaycan Dövlət Neft Şirkəti, "Azpetrol" və "LUKoil Azərbaycan" məsləyə münasibət bildirmək istəyib.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35