Doğru olanla yanlış olan arasındakı fərq
Doğru olanla yanlış olan arasındakı fərq

Son zamanlar insan hüquq və azadlıqları mövzusu nə qədər çox müzakirə olunursa, bir o qədər də yanlışlıqların olduğu ortaya çıxır. Hətta aydın olur ki, Qərbin Azərbaycana ixrac etmək istədikləri,heç özündə də mövcud deyil və bunu hüquqi sənədlər də təsdiqləyir. Bəs bunlar nədir? Öncəliklə qeyd edək ki, insanın təlabatları yalnız cismən yalnız sağ qalıb yaşamaq ehtiyacları ilə məhdudlaşdırıla bilməz. Bu anlayış daha genişdir. Bu təlabatlar insanın həm maddi, həm də mənəvi cəhətdən ləyaqətlə yaşamasını təmin edən tələbatlardandır. İnsanləyaqəti hər bir insana anadan olduğu andan məxsusdur və heç kəs ondan məhrum edilə bilməz.
İnsan ləyaqətinin müdafiyəsini təmin edən, habelə insanın ləyaqətlə yaşaması üçün zəruri təlabatların həyata keçirilməsinə kömək edən əsas norma və prinsiplər elə insan hüquqlarıdır.
Cəmiyyətin hər bir üzvü qanunla müəyyən olunan hüquqlardan əlavə anadangəlmə hüquqlara da malikdir. Həmin hüquqlar təbiihüquqlar adlanır. Yaşamaq hüququ , bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ belə hüquqlardandır. Dövlət bu hüquqları müdafiə etməyə borcludur.
Azadlıqlara bəzən neqativ hüquqlar da deyilir. Ona görə ki, onlar dövlətin həyatımızın müxtəlif sahələrinə qarışmağına qadağa qoyur. Məsələn, söz azadlığı insana fikrini söyləmətə imkan verir, hakimiyyətə isə onun bu hüququnu məhdudlaşdırmağı qadağan edir.
İnsan hüquqları iki əsas qrupa bölünür: maddi hüquqları, prosessual hüquqlar.
Maddi hüquqlar mülki hüquqları, siyasi hüquqları, iqtisadi və sosial hüquqları, eləcə də mədəni hüquqları özündə birləşdirir. Bunlar aşağıdakı qaydada təsnif olunur.
Mülki hüquqları – bütün insanların qanun qarşısında bərabərliyi, vətəndaşlıq hüququ, hörmət edilmək və şəxsi ləyaqət hüququ, söz, vicdan və dini etiqad azadlığı hüququ.
Siyasi hüquqlar – hakimiyyət orqanlarının qəbul etdiyi qərarların həllində iştirak etmək hüququ, seçki hüququ, partiya, həmkarlar ittifaqı təşkilatı yaratmaq və onların fəaliyyətində iştirak etmək hüququ, mitinq və yürüş keçirmək hüququ.
Iqtisadi və sosial hüquqlar - əmək, ədalətli və rahat iş şəraiti hüququ, elmi naliyyətlərdən istifadə etmək hüququ, peşəkar təşkilatlar yaratmaq hüququ, tətil hüququ, təhsil və səhiyyə hüququ.
Mədəni hüquqlar – cəmiyyətin maddi həyatında iştirak etmək, elmi naliyyətlərdən istifadə etmək hüququ.
Prosessual hüquqlar insanı dövlətin özbaşınalığından müdafiə edən metodların və müvafiq təsisatların məcmuyudur. Bu hüquqlara məhkəməyə müraciət etmək hüququ, referendumkeçirmək hüququ və s. daxildir.İnsanların bir – birindən fərqləndiyini, eyni zamanda onlar arasında oxşarlığın da olduğunu hamımız bilirik. Fərqlənmək insanı, fərdi təkrarolunmaz, özünəməxsus və bənzərsin edir. Oxşarlıq isə insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir. Hər bir adamın başqalarından istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri, nəyəsə üstünlük vermək və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. "Hüquq bərabərliyi" və "ayrı seçkilik" anlayışları bizə tarixdən daha çox tanışdır. İnsanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə bərabər olmamışlar. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə irqi ayrıseçkilik uzun müddət mövcud olmuş, seqreqasiya qanunları cəmiyyətin mütərəqqi qüvvələri tərəfindən uzunmüddətli mübarizə nəticəsində ləğv olunmuşdur.
II dünya müharibəsindən sonra "hüquq bərabərliyi" və "ayrı-seçkilik" anlayışları yeni mahiyyət kəsb etdi. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşmağa başladı.
İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.
Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlmişdir. Məhz bu prinsiplərə əməl olunmaması həmişə hüquq və azadlıqların pozulması üçün səbəb olmuşdur. Bərabərliyin pozulmasının daha geniş yayılmış forması ayrı-seçkilikdir. Buna görə də ayrıseçkiliyin ləğv edilməsi hüquq bərabərliyinin tam reallaşmasının ən mühüm şərtlərindəndir.
Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. Insan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir: " İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar." Bu prinsipi əsas tutan Azərbaycan Respublikası dövləti özünün Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.

Vətəndaşların vəzifə və məsuliyyətləri
Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin və başqa insanların maraqlarına uyğun olmalıdır. Cəmiyyət əsasən insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların pozulmasına isə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə əxlaq normalarına əsaslanır.
İnsan Hüquqları haqqında "Ümumi Bəyannamənin" 29 maddəsində deyilir: "Hər bir insan yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıyır..."
Konstitusiyamıza əsasən, hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Konstitusiyanın 73 maddəsinə görə, qanunla müəyyən edilmiş verdiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi fiziki və hüquqi şəxslərdən tutulan məcburi, fərdi və əvəzsiz, ödəmə həcmi və müddəti dövlət tərəfindən müəyyən edilən ödənişdir.
Konstitusiyanın 74 maddəsinə görə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməyə görə məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
Konstitusiyanın 75 maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan respublikasının dövlət rəmzlərinə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizlik qanunvericiliyə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Konstitusiyanın 76 maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Konstitusiyanın 77 maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.Bu 1998 il 10 aprel tarixli "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan respublikası qanunu ilə tənzimlənir.
Konstitusiyanın 78 maddəsinə görə ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
Ətraf mühitin hüquqi,iqtisadi, sosial əsasları "Ətraf mühitin mühafizəsi haqqında" 1999 il 8 iyun tarixli Azərbaycan Respublikası qanunu ilə tənzimlənir.
Konstitusiyanın 80 maddəsinə əsasən, qanunlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla məsuliyyətə səbəb olur.
Vətəndaşların əsas vəzifələri:
1) Dövlət rəmzlərinə hörmət
2) Tarix və mədəniyyət abidələrini qorumaq
3) Qanunazidd vəzifələrin icrasına yol verməmək
Konstitusiyanın 79 maddəsinə əsasən, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına yol verilməməlidir. Beləliklə hüquq və vəzifələr vəhdət təşkil edir. Hər bir vətəndaş öz hüquqlarını yaxşı bilməli və onlara əməl olunmasını tələb etməklə yanaşı, öz vəzifələrini də yaxşı bilməli, onları yerinə yetirməlidir.

İnsan hüquqlarının
qorunmasında
dövlətin rolu

Hüququn subyekti olmaq müəyyən tələblərin, yəni nəyisə əldə etmək iddiası olmaq deməkdir. Hüquqlar strukturunun birinci elementi, subyektin iddiasının mövcudluğundan irəli gəlir. Əgər onu insan hüquqları ilə əlaqələndirsək, onda bu, insanın müəyyən azadlıqlara, müdafiəyə, müəyyən nemətlərə nail olmaq iddiasıdır.
Əgər iddialar mövcuddursa, onda haqlı olaraq onları əldə etmə imkanları da olmalıdır.
İmkanlar dedikdə, insanın öz iddialarından asılı olaraq müəyyən azadlıqıara, müdafiəyə və nemətlərə nail olması mümkünlüyü başa düşülür. İmkanlar hüququn strukturunun ikinci elementidir. İnsan hüquqlarının əsas mənbəyi insanın anadangəlmə ləyaqəti sayıla bilər. Bununla belə, hazırda müxtəlif beynəlxalq və milli sənədlər insanın müəyyən azadlıqlar,müdafiə və nemətlər almaq iddialarına hüquqi əsas verir.
Hüququn obyekti hüquqlar strukturunun sonuncu elementini təşkil edir. Əgər hüquq obyekti yoxdursa onda subyektin hər hansı bir hüquqa malik olmaq iddiası öz mənasını itirir. Hüquq obyekti hüququn mənbəyi əsasında subyektin iddialarını qəbul etməli və subyektə, onun üçün zəruri olan nemətləri verməlidir.
İnsan hüquqlarına malik olmaq, insanın konkret hüquq səlahiyyətli mənbənin əsasında hüquq obyektindən müəyyən nemətləri almaq iddiasının olması imkanıdır.
İnsan hüquqlarına əməl olunması üzrə başlıca məsuliyyət dövlətin üzərinə düşür. Bu məsuliyyət insan hüquqlarına riayət etmək haqda dövlətin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikdən irəli gəlir.
İnsan hüquqlarına riayət edilməsinə görə, dövlətin məsuliyyətinin üç əsas tərkib hissəsini hörmət, müdafiə və bu cür hüquqların verilməsi öhdəlikləri təşkil edir.
İnsan hüquqları üzrə əsas məsuliyyətin dövlətin üzərinə qoyulması qanunauyğundur. Çünki hər bir insanın hüquq və azadlıqlarının həyata keçirilməsi imkanı daha çox dövlətə məxsusdur.
Belə ki, hər bir insanın ləyaqətlə və layiqincə yaşamaq imkanına təsir edə bilən bütün qaydaların formalaşdırılması məhz dövlətdən asılıdır.