Hacıbala Abutalıbova kiçik bir replika
08:03 17-12-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbova kiçik bir replika
Cənab mer, dağıdılan səkini təmir etmək niyə unudulub?
Biz Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakıda təmir-tikinti adı ilə hər tərəfin sökülüb-dağıdılmasına artıq vərdiş etmişik. Rəsmilər bunun adına abadlıq və quruculuq işləri deyirlər.
Amma fakt budur ki, əksər hallarda şəhərin eyni nöqtəsi bəzən il ərzində ən azı iki dəfə alt-üst edilir. Görünən odur ki, sökülüb-dağıdılan yalnız Bakının küçələri, səkiləri, yolları deyil, həm də ölkənin büdcəsidir.
Dünən isə internet saytlarında maraqlı bir xəbərlə rastlaşdıq. Xəbərdə deyilirdi ki, Bakının Nəsimi rayonu ərazisindəki 20 yanvar küçəsi avqust ayında tam təmir olunmuşdu. Çalalar örtülmüş, yeni asfalt örtüyü çəkilmiş və kanalizasiya qapaqları qoyulmuşdu. Amma küçənin firavan günləri uzun sürməyib.
Bu günlərdə küçədə su xətti partladığı üçün ərazini qazıb təmir işləri aparıblar. Təmirdən sonra küçənin avtomobillər keçən hissəsi düzəldilsə də, səki unudulub. İndi piyadaların bu küçədə hərəkəti mümkünsüz olub.
Yəqin Hacıbala müəllim bu haqda oxuyub, eşidib haqqında danışılan "unutqanlığa" bir çarə axtarar. Və tapşırar ki, eyni yolu, küçəni, səkini ildə bir neçə dəfə söküb-dağıdıb həm də büdcə pullarını havaya sovurursunuz, əcəb eləyirsiniz, heç olmasa, söküb-dağıtdığınızı sahmana salıb gedin.
Sonda bunu da qeyd edək: hörmətli merin bəzi işçiləri bir qayda olaraq "pul qoxusunu" unutmurlar, amma iş görmək lazım gələndə yaddaşsızlıqdan əziyyət çəkirlər. Görəsən, niyə?!
Aliyə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15