"Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır"
08:04 17-12-2014
CƏMİYYƏT
"Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır"
Yaqub Mahmudov: "İrəvan xanlığı" kitabı rus və ingilis dillərində cap olunaraq xarici ölkələrdə yayılıb
Dekabrın 15-də Bakıdakı 115 saylı orta məktəbdə "Azərbaycan tarixi gecəsi" adlı tədbir keçirilib. Məktəbin ənənələrinə əsasən şagirdlərin və müəllimlərin iştirakı ilə burada vaxtaşırı müxtəlif elm sahələrinə həsr olunmuş tədbirlər keçirilir.
Tədbirə həmin elm sahəsi üzrə ölkənin tanınmış alimləri də dəvət edilir. 1600 şagirdin təhsil aldığı məktəbin direktoru Tanrıverdi Orucov növbəti belə tədbirdə tanınmış tarixçi alim, millət vəkili, AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun qonaq qismində iştirak etdiyini söyləyib. O, Yaqub Mahmudovun həyat yolu, elmi fəaliyyəti və nailiyyətləri barədə məlumat verib, onun ermənilərlə elm mütəvisində mübarizə apardığını qeyd edib.
Sonra məktəbin şagirdləri saz musiqisinin sədaları altında Azərbaycana həsr olunmuş şerlər söyləyiblər. Digər məktəblilər öz çıxışlarında tariximizə geniş ekskursiya eiblər, ölkəmizin müstəqillik yolunda keçdiyi şərəfli mübarizədən danışıblar.
"Azərbaycan tarixi gecəsi"nin əsas qonağı - professor Yaqub Mahmudov məktəbin fəaliyyəti ilə yaxından tanış olduğunu, şagird-müəllim kollektivi ilə görüşündən həddən artıq məmnun qaldığını, bu məktəbin tariximizin öyrənilməsində düzgün yolda olduğunu vurğulayıb. 5-ci siniflər üçün yazılmış "Ata yurdu" kitabının müəllifi olan alim tarixi Azərbaycan torpaqları, Böyük Azərbaycan haqqında danışıb: "Biz tarix yaratmış xalqıq. Biz qəhrəmanlıq səhifələrimizi yada salıb qəhrəman olmalıyıq. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bütün şagirdlər və müəllimlər bilməlidirlər ki, ermənilər bizim torpaqlara 180-200 il bundan əvvəl köçürülüblər, indiki Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Ermənilərin burada 1918-ci ilə qədər heç vaxt dövlətləri olmayıb. Bizim dövlətçilik tariximiz isə 5000 ildir. Ona görə də bizlər tarix yaradan kişilərin varisləriyik".
Yaqub Mahmudov qondarma erməni soyqırımından, Qarabağ probleminin tarixi köklərindən, erməni yalanlarını ifşa edən tarixi faktlardan, ermənilərin Azərbaycan torpaqlarına necə köçürülməsindən və burada məqsədli şəkildə məskunlaşdırılmasından, ermənilərin xəyanətkarlığından və azərbaycanlılara qarşı törətdikləri soyqırımdan danışıb. "Tariximizə sahib çıxın"- deyə müəllim və şagirdlərə müraciət edən alim uşaqların vətənpərvərlik ruhunda böyüdülməsi üçün öz tövsiyyələrini verib. Yaqub Mahmudov tariximizə aid son illər AMEA Tarix İnstitutu tərəfindən cap olunmuş bir sıra yeni kitabları 115 saylı orta məktəbə hədiyyə verib. Hər bir kitab haqqında danışan alim qeyd edib ki, "İrəvan xanlığı" kitabı rus və ingilis dillərində də cap olunaraq Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə xarici ölkələrdə yayılıb.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15