Saakaşvilinin Azərbaycan sevgisi?
08:05 17-12-2014
CƏMİYYƏT
Saakaşvilinin Azərbaycan sevgisi?
Rusiyanın Azərbaycan baxışı
Son zamanlar Rusiyanın region üçün təhlükə olcağı ilə bağlı proqnozlar verilməkdə, hətta bəzi məqamlarda bununla bağlı hazırlıq işlərinin getdiyi də söylənilir. Son bir ayda iki dəfə bu tipli açıqlama ilə çıxış edən isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili oldu. Saakaşvilinin Rusiya ilə münasibətləri aydındır və bundan öncələrdə bu səpkili bəyanatları olurdu. Amma son bir ayda iki dəfə belə həyacan təbili çalması diqqəti cəlb etdi. Gəlin öncələkilə onun açıqlamasına diqqət yetirək.
Gürcüstanın eks-prezidenti, hazırda mühacirətdə olan Mixail Saakaşvili Rusiyanın ölkəsinə qarşı yeni təxribatları haqda xəbərdarlıq edib.Saakaşvili Rusiyanın Dağıstan-Gürcüstan və Dağıstan-Azərbaycan sərhədinə çəkdiyi yeni yolun tikintisinin sürətlə aparılmasına toxunub. Sabiq prezidentin sözlərinə görə, indi söhbət ondan getmir ki, gürcü hökuməti növbəti seçkilərə qədər yaşaya biləcək, ya yox. Söhbət bütövlükdə ölkənin gələn seçkilərə sağ çıxıb-çıxmamasından gedir.
"Bu, indi əsas məsələdir və mən hesab edirəm ki, indiki şərtlərdə ölkə növbəti seçkilərə sağ çıxmayacaq. Burası dəqiqdir. Niyə? Ona görə ki, Rusiya isterik şəkildə Dağıstandan Gürcüstana hərbi müdaxilə üçün yol çəkir. Bu yol Tiflisə və Azərbaycana birbaşa müdaxilə üçün nəzərdə tutulub. İndi "Cənub axını"nı bağladıqları bir vaxtda Putin Gürcüstan və Azərbaycan vasitəsilə alternativ qaz ixracını dayandırmağı nəzərdə tutur. Biz yaxın vaxtlarda hər cür təxribatlar, xoşagəlməz hadisələr gözləməliyik. Bunların qarşısını almaq üçün dövlətin immuniteti, güclü hakimiyyəti olmalıdır. Gürcüstanda isə bunlar yoxdur, əksinə, vəziyyət hər keçən gün daha betər olur" - deyə Mixail Saakaşvili bildirib.
Eks-prezidentin mövqeyinə görə, söhbət Skandinaviya ölkələrində olan adi siyasi prosesdən yox, geosiyasi baxımdan olduqca həssas, əlçatan regionda "həddən artıq təhlükəli diktator" Putinin açıq, qətiyyən maskalanmamış təcavüzündən gedir."Ona görə də biz indi çox ayıq olmalıyıq, bu xırda çəkişmələrə vaxt itirməməliyik" - deyə keçmiş prezident əlavə edib.
Saakaşvili Gürcüstana qayıtmağa hazırlaşdığını da deyib. Onun sözlərinə görə, qayıdışı indiki hakimiyyətin hesabladığından çox tez baş verəcək: "Onlar mənim qayıtmağımdan qorxur, hər cür cinayət işləri qaldırıblar. Ancaq bu ittihamlar sadə səbəbdən karton evciklər kimi uçub-dağılır: bütün bu ittihamlar saxtadır və insanlar bunu bilir. Mən özüm kifayət qədər səbr toplamışam və hesab edirəm ki, o, öz bəhrəsini verir". Gördüyünüz kimi açıqlamada Azərbaycanın da adı çəkilir və bu kifayət qədər marağı özünə cəlb edir. Rusiya həqiqətənmi Azərbaycanı hədəfə ala bilər? Ekspertlər bu suala cavab tapmamışdan öncə Saakaşvilinin nədən belə deməsinə aydınlıq gətirək. Hesab edilir ki, bu açıqlama ilk növbədə Saakaşvilinin Gürcüstandaxili siyasətə yönəli bir bəyanatıdır. Yəni, Saakaşvili yenidən hakimiyyətə gəlməyə çalışır və buna görə Rusiyanı hədəfə almaqla Gürcüstan xalqının gözü qarşısında qəhraman kimi görünməyə çalışır. Saakaşvilinin özü də dəfələrlə bəyan edib ki, yenidən hakimiyyətə gəlməyə çalışacaq. Ekspertlər bunu da deyir ki, hələ ötən il, Azərbaycanda seçkilər olanda da Saakaşvili belə bəyanatlarla çıxış etmişdi və onda demişdi ki, Rusiya bir başa Azərbaycana müdaxilə edəcək. Düzdür, hər hansı bir müdaxilə olmadı. Amma "Milyarderlər İttifaqı" yarandı ki, bu da əslində həyacan siqnalı kimi qəbul olunmalı idi. Digər tərəfdən ekspertlər hesab edir ki, Saakaşvili hazırda belə bəyanat verməklə dünya ictimaiətinin gözündə Rusiyanı daha da aşağılamağa çalışır və bu proseslər Ukrayna hadisələri ilə bağlıdır. Əslinə qalanda bu gün Avropa ilə ABŞ-ın marağındadır ki, Rusiya Azərbaycan və ya Gürcüstan cəbhəsində də Ukraynadakı addımları atsın. Çünki belə olarsa münaqişə yenidən Rusiyanın daxilinə dönəcək. Necə ki, bir müddət öncə Ukraynada Rusiya xətti ilə döyüşən çeçenlərin olduğu ortaya çıxdı və bundan dərhal sonra Qroznıda şiddətli atışmalar başladı. Buna görə Rusiya Şimali Qafqazda hansısa tədbirlərə əl atarsa bu Rusiya üçün baş ağrısına çevriləcək.
Beləliklə ümumilikdə götürsək Rusiyanın Azərbaycanı hazırkı durumda hədəfə alması iandırıcı görünmür. Əksinə, Rusiya Azərbaycanla yaxınlaşmağa çalışır və son zamanlar Türkiyə-Rusiya münasibətlərinində yaxşılaşma starteji baxımdan Azərbaycanın maraqlarına cavab verir. Amma bunu da unutmayaq ki, Regionda yaranan hazırkı durum Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan kifayət qədər regionda güc toplaya bilir ki, bu da qonşu dövlətləri qıcıqlandıra bilir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15