Azərbaycanda taksi sürücüsünü 3 manata görə öldürüblər - TƏFƏRRÜAT
Sürücünün meyitini taksi kimi istifadə etdiyi minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar
Şamaxıda taksi sürücüsünü xüsusi işgəncə ilə qətlə yetirən şəxslər Zaqatalada yaxalanıblar. APA TV-nin xəbərinə görə, dekabrın 15-də Bakı-Şamaxı-Yevlax yolunun Şamaxının Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində Füzuli rayon sakini, hazırda Bakının Maştağa qəsəbəsində müvəqqəti məskunlaşan 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğlunun meyiti tapılıb. Keçirilən əməliyyatla taksi sürücüsünü qətlə yetirən Zaqatala rayon sakini Süleymanov Mark Abil oğlu və Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Qasımov Pərviz Ələmdar oğlu tutulub. Onlar Mark Süleymanovun atasının Zaqatalanın Qandıx kəndindəki evində yaxalanıblar. Təqsirləndirilən şəxslər ilkin ifadələrində sürücünü onları təhqir etdiyi üçün qətlə yetirdiklərini deyiblər. Məlum olub ki, onlar mərhumun şalvarının cibindəki 3 manat pulu götürüblər. Sürücünün meyitini taksi kimi istifadə etdiyi 99-AY-869 dövlət nömrə nişanlı, "Azsamand" markalı minik avtomobilinin yük yerinə qoyaraq, maşını dərəyə aşırıblar. Ceyhun Qurbanov öz maşını ilə onları Zaqatalaya aparırmış.
Qeyd edək ki, Ceyhun Qurbanovun kəndirlə boğulduğu, ürək və qarın nahiyələrinə kəsici və deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib. Faktla bağlı istintaq davam edir.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
