"Televiziya verilişlərinin reytinqini müəyyənləşdirmək düzgün deyil"
08:17 17-12-2014
CƏMİYYƏT
"Televiziya verilişlərinin reytinqini müəyyənləşdirmək düzgün deyil"
Bir çox xarici ölkələrdə televiziyalarda yayımlanan müxtəlif verilişlərin reytinqini müəyyən etmək üçün "People Meter" qurğusundan istifadə olunur. Bu qurğu hər bir tamaşaçının evindəki televiziyaya birləşdirilir və tamaşaçının izlədiyi proqramları müəyyən edir.
Bir müddət öncə adıçəkilən qurğunun Azərbaycan televiziyalarına da tətbiq ediləcəyi söylənildi. Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.
O, qeyd edib ki, əslində bu gün dünya ölkələrinin əksəriyyətində reytinq məsələsi artıq arxa plana keçir. Onun sözlərində görə, hazırda dünya bu bəladan xilas olmağa çalışır.
Əflatun Amaşov deyir ki, tamaşaçıların hansı verilişi izlədikləri onların yaşları və psixologiyaları ilə bağlı ola bilər, bununla da verilişlərin reytinqini müəyyənləşdirmək düzgün deyil:
"Düzdür, bütün dünyada reytinq məsələsi var. Amma hazırda onlar bu bəladan qurtula bilmirlər. Reytinqi nəzərə alanda verilişlər faydalı olmur. Məsələn, veriliş hansısa məqamda insanda maraq doğura bilər. Cəmiyyətdə neqativ hallarla bağlı olan verilişlər populyarlıq qazanır. Azərbaycanda da, elə Türkiyədə də ailə problemi ilə efirə çıxan verilişlər, hansısa hərbi vətənpərvərliklə bağlı verilişlərdən daha baxımlı olur".
Hazırda dünyada başqa yollarla bunu aradan qaldırmağa cəhd olunduğunu deyən Əflatun BBC-nin timsalında məsələyə aydınlıq gətirib:
"BBC-nin müxtəlif kanalları var. Bir kanalda populyar olan verilişi (cəmiyyətdə mənfi, ailə məsələlərini qabardan, müzakirə obyektinə çevirən və s.), digər kanallarda isə cəmiyyətin, dünyanın hazırda məşğul olduğu məsələlərə aid (intellektual, müxtəlif araşdırmalar, heyvanlarla, tarix və ədəbiyyatla bağlı) verilişləri efirə çıxarırlar".
O, vurğulayıb ki, spesifik xarakterli olmayan bəzi verilişlər dövlət tərəfindən maliyyələşir: "Azərbaycanda İctimai TV-nin yaranması və hazırkı fəaliyyəti də bu istiqamətə köklənib".
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
