Azərbaycan generalından şahzadəyə böyük hədiyyə
Beynəlxalq atçılar Bakıda toplaşdı
Bakıda "Buta Palace"-da Beynəlxalq Atçılıq Federasiyası (FEI) və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə qala-gecə keçirilib.
Təntənəli gecədə İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn, Beynəlxalq Atçılıq Federasiyasının yeni seçilmiş prezidenti İnqmar de Vos, Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, dünyanın 100-dən artıq ölkəsindən milli nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Qala-gecə çərçivəsində 2014-cü ilin yekunları üzrə müxtəlif nominasiyalarda dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması mərasimi keçirilib. Mükafatları Ülyahəzrətləri Haya Bint Al Hüseyn təqdim edib. Lambert Lekletsio (Lambert Leclezio, Mavriki) "Rising Star Award", Jeron Dabbeldam (Niderland) "Best Athlete Award", Jeki Potts (Böyük Britaniya) "Best Groom Award", İkval Ark (Sinqapur) "FEİ Solidarity Award", Sidni Kollier (ABŞ) isə "Against All Odds Award" mükafatının sahibi olublar. Həmçinin, dünyada atçılıq idmanının inkişafına verdikləri çoxillik töhfələrə görə FEİ ağsaqqalları nüfuzlu mükafatlara layiq görülüblər.
Atçılıq idmanının inkişafında göstərdiyi xidmətlərə və FEİ Baş Assambleyasının möhtəşəm təşkilinə görə ARAF prezidenti Elçin Quliyev başda olmaqla federasiya rəhbərliyi mükafatlandırılıb. Öz növbəsində, Elçin Quliyev xanım Haya Bint Al Hüseynə qiymətli mükafatlar və onun portretini təqdim edib. Gecədə klassik və xalq musiqisi, estrada və caz ifaçılarının iştirakı ilə konsert proqramı keçirilib.
Qeyd edək ki, ilk dəfə olaraq dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilib. Bu il eləcə də Beynəlxalq Atçılıq Federasiyasının yeni prezidentinni seçkiləri keçirilib. Federasiyanın Baş Assambleyasının nümayəndələrinin səsverməsi nəticəsində qarşıdakı dörd ildə Federasiyaya İnqmar de Vos (Belçika) rəhbərlik edəcək.
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
