Akif Əlizadə: "Elmin İnkişafı Fondu tərəfindən kiçik elmi layihələrə qrant vəsaiti ayrılmayacaq"
11:32 18-12-2014
CƏMİYYƏT
Akif Əlizadə: "Elmin İnkişafı Fondu tərəfindən kiçik elmi layihələrə qrant vəsaiti ayrılmayacaq"
Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən kiçik elmi layihələrə qrant vəsaitinin ayrılması dayandırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Direktorlar Şurasının iclasında çıxışı zamanı deyib ki, artıq bu barədə danışıqlar aparılıb və fond tərəfindən kiçik elmi layihələrə qrant vəsaiti ayrılmayacaq.
Onun sözlərinə görə, bundan sonra fond tərəfindən xırda-xırda işlərə görə elan verilməyəcək: "Dörd ildir ki, pullar gedir. Düzdür, xeyri var, amma lazımi effekti almamışıq. Bizə başqa mənbədən pul gəlmir. Ona görə də büdcə pulunu belə israfçılıqla xərcləyəndə önə gedə bilmirik. Kimsə gəlib desin ki, mən liderliyi öz üzərimə götürürəm və elmin inkişafı üçün lazımi işlər görəcəyəm. Biz də həmin şəxsə elmi inkişaf etdirmək üçün lazımi pulu ayırmağa hazırıq. Amma bu məbləğin əvəzində onlar elmin inkişafı üçün lazım olan nəticələri bizə qaytara bilsinlər. Biz elmi büdcədə olan pulu elə xərcləməliyik ki, həmin vəsait elmin qabaqda gedən hissəsinə sərf edilsin. Çünki elm hər zaman inkişaf edir. Əks halda, inkişaf edən və daim qabağa gedən elmdən yenidən geridə qalacağıq. Ona görə də dünya elminin arxada gedən hissəsindən deyil, qabaqda gedən hissəsindən tutmalıyıq".
AMEA prezidenti Azərbaycan elminin yeniliklərinin akademiyanın məlumat bankında yerləşdirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə, bu halda həmin yeniliklərlə maraqlanan xarici şirkətlər müraciət etdikdə onlardan istifadə etmək olar.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15