Mətbuat Şurası Şirməmməd Hüseynovun 90 illik yubileyi münasibətilə tədbir keçirib
11:33 18-12-2014
CƏMİYYƏT
Mətbuat Şurası Şirməmməd Hüseynovun 90 illik yubileyi münasibətilə tədbir keçirib
Mətbuat Şurasının təşəbbüsü ilə Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, tədbir iştirakçıları öncə yubilyarın ömür yolu ilə bağlı "Ustad" sənədli filminə tamaşa ediblər.
Mətbuat Şurasının "O film" studiyası ilə birgə layihəsi əsasında çəkilib. Filmdə Ş. Hüseynovu dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirən xüsusiyyətlər ətraflı təhlil olunub. Yubiley mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Ş. Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açıb, tariximizin zənginləşməsinə layiqli töhfə olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətlərinə toxunub. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncamla Şirməmməd Hüseynovun "Şərəf" ordeni ilə təltif edilməsi çox böyük hadisədir: "Çünki yubilyarın yaradıcılıq fəlsəfəsinin qayəsində Azərbaycan xalqının varlığını, onun dünya xalqları arasındakı mövqeyini səciyyələndirən cəhətlər dayanır".
Ş. Hüseynov isə çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı spesifik məqamlardan, onları səciyyələndirən milli təəssübkeşlik xüsusiyyətlərindən, dövlətçilik ənənələrimizə sədaqət ruhunu yaşatmalarından söz açıb.
Digər natiqlər də Ş. Hüseynovun həyat və yaradıcılığından, Azərbaycan mətbuat tarixinin tədqiqində əvəzedilməz rolundan danışıblar.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15