Səxavət Əlisoy: "Müsavat Partiyasında üçüncü tərəf yarana bilər"
11:34 18-12-2014
CƏMİYYƏT
Səxavət Əlisoy: "Müsavat Partiyasında
üçüncü tərəf yarana bilər"
"Hazırda Müsavat Partiyasında iki tərəf mövcuddur. Biz hərəkat üzərində dayandıq, ancaq digər narazı üzvlər də fraksiya yarada bilərlər və beləliklə üçüncü tərəf də meydana gələ bilər".
Bu barədə Müsavat başqanlığına namizəd, Müsavat Partiyasının qurultayından narazı üzvlərin yaratdığı "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.
S.Əlisoy qeyd edib ki, Müsavat Partiyasının qurultayında baş vermiş saxtakarlıqların aradan qaldırılması üçün mübarizələrini davam etdirəcəklər: "Ömrünün 15-20 ilini Müsavat Partiyasına həsr etmiş insanlar partiyanı asanlıqla saxtakarlara peşkəş etməyəcəklər. Biz ən məqbul variantlar üzərində işləyirik".
Onun sözlərinə görə, hazırda yeni yaradılmış hərəkatın təşkilatlanması istiqamətində iş aparılır: "Bu gün təşkilat kömitəsinin toplantısı keçiriləcək, bəzi məsələlər müzakirə olunacaq, təşkilat komitəsinin üzvləri qarşısında konkret tapşırıqlar qoyulacaq".
S.Əlisoy əlavə edib ki, artıq hərəkatın nizamnaməsi üzərində ciddi iş gedir və yaxın 10-15 gündə hərəkatın proqramı və nizamnaməsi hazır olacaq: "Biz qarşımıza məqsəd qoymuşuq ki, tam təşkilatlanma prosesini aprel ayına qədər bitirək. Ondan sonra təsis qurultayı keçirib daha geniş formatda işə başlayacağıq. Əsas hədəfimiz Müsavat Partiyasındakı saxtakarlıqları aradan qaldırmaq olacaq".
S.Əlisoy hərəkata digər partiyalardan olan insanların və müstəqil ziyalıların da qatıldığını bildirib.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15