Azərbaycanda pullu məmurların "manat qorxusu"
08:21 19-12-2014
İQTİSADİYYAT
Azərbaycanda pullu məmurların "manat qorxusu"
Valyutadəyişmə məntəqələrində dolların tapılmamasına dair iddiaların pərdəarxası
Son vaxtlar manatla bağlı narahatlıqlar artmağa başlayıb. Milli valyutamızın ucuzlaşmağa başlayacağı barədə ortaya atılan iddialar getdikcə ciddiləşməkdədir.
Düzdür, hələlik, Rusiyada rublun ucuzlaşması və dolların bahalaşması manata elə çox təsir etmir. Hazırda Rusiyada xarici valyuta tapılmır. O cümlədən dollar qıtlığı yaşanır və onun qiyməti bahalaşır. İnsanlar da sürətli olaraq valyutalarını dollar dəyişirlər.
Bu məlumatlar Azərbaycanda da insanlar arsında psixoloji gərginlik yaradır. Bunun Azərbaycanda da baş verəcəyini ehtimal edirlər. Neftin ucuzlaşması Rusiyaya gələn neft pullarını azaldıb. Getdikcə Rusiyanın valyuta ehtiyatları azalır. Üç-dörd gündür ki, Azərbaycanda da vətəndaşlar arasında valyutadəyişmə məntəqələrində dolların olmaması barədə məlumat yayılıb. Bu, daha çox psixoloji amillə bağlıdır. Vətəndaşların bəziləri də ölkəmizdə öz valyutasını dəyişir.
Bu barədə danışan iqtisadçı ekspert Samir Əliyev bildirib ki, hələlik manatın ucuzlaşması üçün ciddi bir əsas yoxdur: "Azərbaycan iqtisadiyyatı da Rusiya kimi neftdən asılıdır. Neft gəlirlərinin azalması Azərbaycanda manata təzyiqləri artırır. Hazırda Mərkəzi Bank vəziyyəti nəzarətdə saxlayır. Onun valyutası imkan verir ki, manatın ucuzlaşmasına yol verilməsin. Bundan sonra isə hər şey neftin dünya bazarındakı qiymətinin hansı həddə qədər ucuzlaşmasından asılı olacaq. 60 dollar ölkəmiz üçün də narahatedici bir rəqəmdir. Proqnozlar göstərir ki, neft 40 dollara qədər ucuzlaşa bilər. Bu ucuzlaşma gələn ilboyu davam edərsə, manatı indiki səviyyədə saxlamaq Mərkəzi Bank üçün çox çətin olacaq".
Ekspertin fikrincə, hökumət gələn il də maksimum çalışacaq ki, manat ucuzlaşmasın. Amma Mərkəzi Bank öz valyuta ehtiyyatının hamısını həmişə manatda saxlamaq üçün xərcləməyəcək: "Mərkəzi Bank valyutasını müəyyən həddə qədər xərcləyəcək, ondan sonra görsə ki, vəziyyət ağırdır, məcbur olub manatı buraxmalı olacaq. Gələn ilin ortasına kimi manatla bağlı hər hansı bir təhlükə gözləmirəm. Hesab edirəm ki, manat indiki səviyyədə qalacaq. İlin ikinci yarısından sonra isə neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Əgər neft 70-80 dollara kimi qalxarsa, onda manat üçün hər hansı problem olmayacaq. Neft indiki səviyyədə qalsa və yaxud da aşağı səviyyəyə düşərsə, artıq gələn ilin ikinci yarısında manata güclü təzyiqlər olacaq və Mərkəzi bank məcbur olub manatı ucuzlaşdıra bilər. Yenə də son qərar Mərkəzi Bank tərəfindən veriləcək".
Bəzi mənbələrin iddiasına görə, valyutadəyişmə məntəqələrində dolların olmaması barədə məlumatlar təsadüfi deyil. Həqiqətən son günlər exshange-lərdə dollara olan tələbat artıb.
Hesab olunur ki, bu, xüsusilə imkanlı şəxslərin, o cümlədən pullu məmurların manatın ucuzlaşa biləcəyi təhlükəsini nəzərə alaraq milli valyutamızla saxladıqları vəsaitlərini sürətlə dollara çevirməyə başlamaları ilə əlaqədardır. Belələri ciddi narahatçılıq içərisindədirlər, proseslərin proqnozlaşdırılmayan istiqamətdə gedəcəyindən narahat olaraq, öz pullarını manatın ucuzlaşma təhlükəsindən sığortalamağa çalışırlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53