Ziya Məmmədovun qərarı nəqliyyat sistemində xaos yaratdı
08:23 19-12-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun qərarı nəqliyyat sistemində xaos yaratdı
Artıq vətəndaşlardan kütləvi şikayətlər eşidilməkdədir
Paytaxtın ictimai nəqliyyatında bir neçə marşrut xəttinin ləğvi sərnişinlərə əlavə problemlər yaradıb. Şəhər sakinləri eyni istiqamətdə hərəkət edən marşrut xətlərindən birinin ləğvinə görə saatlarla gözləməli olur, interval daha da artır, avtobuslarda sıxlıq müşahidə edilir.
Bu problemlə üzləşən paytaxtın Bakıxanov qəsəbəsi sakinlərinin sözlərinə görə, 23 saylı marşrut xəttinin ləğvi də buna misaldır.
axar.az-a müraciət edən sakinlər qeyd edirlər ki, iki ay əvvələ qədər sərnişinlər metronun "Xalqlar dostluğu" stansiyasından Bakıxanov istiqamətinə rahat gedib-gələ bilirdi. Çünki qəsəbəyə və oradan Komsomol dairəsinə qədər iki marşrut xətti işləyirdi.
Ancaq 23 saylı marşrutun ləğvindən sonra ümid yalnız bu istiqamətdə 49 nömrəli avtobuslara qalıb. Sakinlərin məlumatına görə, artıq iki aydır 23 saylı marşrutun ləğvinə görə əziyyət çəkirlər. Üstəlik, sözügedən marşrut daha qısa yolla, tıxac olmayan ərazidən keçərək mənzilbaşına çatırdı.
Qeyd edək ki, xəttdən çıxarılan 23 nömrəli marşrutun avtobusları 49 nömrəli xətt üzrə hərəkət edən marşrutlara satılıb. Sakinlər bildirirlər ki, ancaq avtobus sayının artımı hiss edilmir. 23 nömrəli marşrut qeyd edilən istiqamət üzrə ən çox istifadə edilən marşrut hesab olunurdu.
Avqust ayının 28-dən etibarən Nəqliyyat Nazirliyi 90, 95, 131, 168, 173 saylı avtobuslarla yanaşı, 23 nömrəli marşrut avtobusunun da hərəkət xəttini dəyişdirmişdi.
Ümumiyyətlə, Ziya Məmmədovun nazirliyinin marşrut xəttlərinin bir hissəsini ləğv etməsi paytaxt sakinlərində kütləvi narazılığa və narahatlığa yol açıb. Elə bu istiqamətdə şikayətlərin ardı-arasının kəsilməməsi də deyilənləri göstərir.
Qeyd edək ki, istər marşrut avtobuslarının sürücüləri, istərsə də ekspertlər Məmmədovun nazirliyinin bu ləğvetmə əməliyyatını paytaxtın ictimai nəqliyyatında təkəlçilik yaratmaq cəhdi kimi qiymətləndirirlər. Hesab olunur ki, arxasız sahibkarlar ictimai nəqliyyat sferasından uzaqlaşdırılır, kimlərinsə, o cümlədən Nəqliyyat Nazirliyi rəhbərliyinin himayə etdiyi marşrut sahiblərinin önü açılır.
Bəzi ekspertlər isə əksini düşünür. Marşrut xətlərinin azaldılmasını təqdir edən müəyyən ekspertlərin fikrincə, bu addım tıxac problemini bir qədər azalda bilər. Çünki tıxacın yaranması səbəblərindən biri də bir xətt üzrə bir neçə marşutların hərəkətdə olmasıdır.
Ümumiyyətlə Nəqliyyat Nazirliyinin son dövrlər atdığı atdımlar nəticəsində Bakıda həm marşrut xətlərinin, həm də avtobusların sayı yarıbayarı azaldılıb. Məsələn bir neçə il bundan əvvəl 4000 minə yaxın avtobus işləyirdisə hal hazırda bu nəqliyyat vasitələrinin sayı 2200 qədər azaldılıb. 300-dən yuxarı olan marşrut xətlərinin sayı isə 150 endirilib.
Hər halda bu prosesin xüsusilə vətəndaşlara ciddi başağrısı yaratdığı göz önündədir. Aydın görünür ki, Ziya Məmmədovun nazirliyi prosesi sərnişinlərin maraqlarına uyğun həyata keçirməkdə ciddi çətinlik çəkir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03