Oqtay Şirəliyevin səhiyyəsində daha bir absurd
08:24 19-12-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin səhiyyəsində daha bir absurd
Dövlət xəstəxanası özəl klinikaya möhtac qalıb?
Artıq Azərbaycan səhiyyəsi ilə bağlı absurd xəbərlərə adətkərda olmuşuq. Hər nə qədər Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi rəsmiləri ölkə səhiyyəsində hər şeyin "güllük-gülüstanlıq" olduğunu desələr də real vəziyyətin necə olduğunu artıq hər kəs yaxşı bilir.
Srağagün səhiyyə sistemimizlə bağlı növbəti neqativ xəbər yayıldı. Amma nədənsə bu xəbər geniş müzakirəyə səbəb olmadı, diqqətdən kənarda qaldı. Halbuki xəbərin mahiyyəti Azərbaycan səhiyyəsi ilə bağlı olduqca ilginc bir anormallığı ortaya qoyurdu.
Belə ki, xəbərdə bildirildiyinə görə, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkimlərinin əksəriyyəti müraciət edən xəstələri müayinə olunmaq üçün yaxınlıqdakı "Şəfa" Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər. Bu barədə aktual.az-ın müxbirinə xəstələrdən bir neçəsi məlumat verib.
Onlar qeyd ediblər ki, səhiyyəmizin ən böyük elmi-tibbi mərkəzində belə bir halın baş verməsi təəssüf doğurur: "Anlaya bilmirik ki, avadanlıq olduğu halda, nə üçün Elmi-Cərrahiyyə Mərkəzinin həkimləri bizi yaxınlıqdakı "Şəfa" Müalicəvi Diaqnostik Mərkəzə göndərirlər? Bəlkə, həmin xəstəxanadan faiz alırlar? Həmin özəl klinikada müayinələr olduqca bahadır. Belə çıxır ki, kasıb, imkanı olmayan insanlar sağlamlığını itirməlidir?!"
Əldə etdiyimiz məlumata görə, özəl klinikaya müayinəyə göndərilən xəstələr həkimlərə etiraz edərkən onların kobud rəftarı ilə qarşılaşırlar.
Məsələ ilə bağlı M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru bildirib ki, konkret olaraq həkimin adı təqdim olunarsa, tədbir görmək olar: "Heç bir həkimin belə bir addım atmağa ixtiyarı yoxdur. Dövlət tərəfindən xəstəxanada müayinələr aparmaq üçün hər cür şərait yaradılıb. Əgər xəstələr həkimin adını desələr, həmin həkimlə bağlı lazımi tədbir görərik".
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bu barədə danışarkən deyib ki, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi müayinə üçün bütün avadanlıqlarla təchiz olunub: "Burada tam müasir avadanlıqlar, laboratoriya var. Hansısa həkim xəstəni müayinə üçün özəl klinikaya göndərirsə, bu, qanunsuz hərəkətdir".
Məlumat üçün bildirək ki, akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru akademik Böyükkişi Ağayevdir.
Əlbəttə, od olmayan yerdən tüstü çıxmaz. Əgər dövlət xəstəxanasının özəl klinikaya möhtac qaldığı həqiqətdirsə, o zaman Azərbaycan səhiyyəsinin necə ciddi problemlər məngənəsində olduğuna ümumiyyətlə, şübhə yeri qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15