Əli Kərimliyə son xəbərdarlıq
08:26 19-12-2014
CƏMİYYƏT
Əli Kərimliyə son xəbərdarlıq
Rauf Arifoğlu AXCP sədrinə: "Bu qədər aşağı düşdün ki, əmin oğlunun dili ilə sənə deyilənləri bizə qaytarırsan"
AXCP sədri Əli Kərimli iyrənc əməlləri ilə hamını cana doydurub. Bu adam ona qarşı mənfi fikir söyləyənlərin hamısına qarşı qara piar kampaniyası apartdıraraq ləkələməyə çalışır.
Məlum olduğu kimi, neçə müddətdir ki, Əli Kərimlinin şər-böhtan kampaniyasının istiqaməti "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna istiqamətlənib. AXCP üzvləri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı çirkin kampaniya aparmaqda davam edirlər.
"Unikal"ın məlumatına görə, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov R.Arifoğlunun kollaj olunmuş fotosunu paylaşaraq onu aşağılamağa cəhd edib. Buna cavab olaraq R.Arifoğlu AXCP sədrinə sonuncu xəbərdarlığını edib. R.Arifoğli bildirir ki, bu iyrənc kollajın müəllifi və burada statusları yazan, valideynlərimizi təhqir edən AXCP sədri Ə.Kərimlinin əmisi oğlu İnqilab Kərimlidir. Hazırda Fransada yaşayır və mühacir alveri ilə məşğuldur. Bu cür kollajlar adətən onun əmisioğlu barədə hazırlanır və yayılırdı. Əlimizdə qəzet olsa da, düşməncə davransaq da, bir dəfə bu cür tərbiyəsizliyə getmədik. Əksinə, Əli Kərimlini, onun ailəsini ölümünə müdafiə etdik, bunu həyata keçirənləri qınadıq. İndi də bu cür hərəkətləri qınayırıq. Bütün Facebook boyunca hazırda cəbhə fəalları bizi söyürlər. Aşağılayır, təhqir edirlər. İşimiz yox. Cavablarını alırlar. Lakin bu əxlaqsızlar hər dəfə valideynlərimizi, yaxınlarımızı da dillərinə almaqdan çəkinmirlər. Onlara qoşulmayacağıq. Kərimlilərin ağsaqqal və ağbirçəklərinə can sağlığı, ölənlərinə rəhmət diləyirik. Bu cür kollajlar da bizə yapışmaz. Lakin yapışan birisi var. Biz heç, yenə də bu cür cavab verməyəcəyik. Ancaq İnqilab Kərimov daşları yerindən oynatdı və AXCP sədrinə böyük pislik etdi".
R.Arifoğlu Ə.Kərimliyə ünvanladığı məktubda yazır: "Sənin barəndə belə əxlaqsız şeylər yazılanda , mən onlara qarşı çıxdım, səni müdafiə etdim. Bu qədər aşağı düşdün ki, əmin oğlunun dili ilə sənə deyilənləri bizə qaytarırsan. Bir kərə valideynlərini bu işə qatmadım, özündən kənar bir kimsədən yazmadım. Artıq neçənci dəfədir sənin sülalən bütün qırmızıları keçir. Sənə ayıb olsun da deyəmmirəm. Çünki o mərhələni keçmisən. Sadəcə borc olsun deyirəm. Cavabını mütləq alacaqsınız - sən də , əmioğlu da. Geriyədönməz bir düşmənçiliyə girdin".
Göründüyk kimi, Əli Kərimli nəinki siyasi rəqiblərinə, hətta müxalif mövqedə olan, amma onun tutduğu yolu bəyənməyənlərə də qarşı səlib yürüşü elən edib. Amma mübarizəni sivil yolla aprarmadığına görə insanları narazı salıb. Hər halda, arxadan zərbə vurmaq Əli Kərimlinin köhnə peşəsi olduğu üçün ondan əl çəkə bilmir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15