Qərbin narahatçılığının əsl səbəbləri
10:25 20-12-2014
CƏMİYYƏT
Qərbin narahatçılığının əsl səbəbləri
Erməni lobbisi 2015-ci ildə Azərbaycana təzyiqləri artıracaq
Son zamanlar Avropadakı bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı aqressiyanı artırmaqdadırlar. Gözlənilmədən bu qurumların belə aktivləşməsi sözsüz ki, səbəbsiz deyil. Maraqlıdır, bəs bu proseslərin arxasında nə dayanır? Ekspertlərin fikrincə ilk növbədə erməni faktoru nəzərə alınmalıdır. Belə ki, Avropa da bir sıra təşkilatlara nüfuz edən erməni lobbisi bütün imkanlarını səfərbər edərək 2015-ci ildə Azərbaycana qarşı mənfi rəy yaratmağa çalışır.
Bunun birinci səbəbi ermənilər qondarma erməni "soyqırım"ın 100 illiyinə hazırlaşırlar və Azərbaycan buna qarşı ciddi diplomatik savaş aparır. Buna görə erməni lobbisi cəhd edir ki, Azərbaycanı bu şəkildə neytrallaşdırsınlar və istəklərinə nail olsunlar. İkinci mühüm səbəblərdən biri isə budur ki, erməni lobbisi beynəlxalq təşkilatların vasitəsi ilə Azərbaycanda yaratdıqları şəbəkənin ifşa olunması ilə barışa bilmirlər. Azərbaycanın hüquq-mühafizə orqanlarının keçirtdiyi əməliyyatlar nəticəsində Leyla Yunusun rəhbərliyi ilə Azərbaycanda erməni lobbisinin təsirində olan böyük bir şəbəkə ifşa edildi və onların hazırladıqları bütün planlar alt-üst edildi. Halbuki erməni lobbisi belə bir şəbəkənin formalaşmasına on ildən çox vaxt ayırmışdı və milyonlarla dollar pul xərcləmişdilər. Amma bir anın içində hər şey əllərindən çıxdı. Məhz buna görə Azərbaycana təzyiqləri artırıb və ən azından bu şəxslərin azadlığa çıxmasına çalışırlar. Ekspertlər hesab edir ki, buna görə Azərbaycana təzyiqlər artırılacaq. Bəs Azərbaycan necə, bu təzyiqlərə hazırdırmı? Gəlin öncəliklə rəsmi mövqeyə diqqət ayıraq. "İnsan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir".Bunu açıqlamasında Avropa Şurasının strukturlarında təmsil olunan bəzi şəxslərin İlqar Məmmədov və başqalarının azadlığa buraxılması barədə bəyanatlarına münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O, qeyd edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır: "Ona görə də bu məhkəmənin qərarları Azərbaycan tərəfindən nəzərə alınır, nəzərə alınıb və nəzərə alınacaq. Hansısa siyasətçinin, hüquq-mühafizə orqanlarının işinə müdaxilə edilməsinə gəlincə, bu qanunun aliliyinin pozması deməkdir. Ona görə də bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır".
S. Seyidov həmçinin bildirib ki, bəzi məsələlər Azərbaycana qarşı aparılan kampaniya çərçivəsindədir, bəzi bəyanatlar isə Azərbaycandakı reallığı sona qədər dərk etməyən insanlar tərəfindən verilir: "Bəziləri isə sadəcə öz ölkələrində reytinqlərini qaldırmaq üçün Azərbaycanı hədəf seçirlər. Səthi yanaşmadan qaynaqlanan bəyanatlar da var. İçərisində hansısa həqiqətləri daşıyan məqamları Azərbaycan tərəfi öyrənir. Lakin bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır. İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil". Beləliklə Azərbaycanın hazırda tutduğu mövqe sübut edir ki, bu qüvvələrə güzəştə getmək fikrində deyillər və istənilən duruma hazır vəziyyətdədirlər. Akademik Ramiz Mehdiyevin bu günlərdə Avropa və ABŞ-ın tutduğu mövqeyi sərt tənqid etməsi də buna sübut ola bilər. Digər tərəfdən artıq Azərbaycan cəmiyyətində də bu qüvvələrə inam yoxdur və xalq hakimiyyətlə bir yerdə olduğundan beynəlxalq təzyiqlər mənasını itirir. Dağlıq Qarabağ problemi ilə bağlı Avropanın tutduğu mövqe sözsüz ki, xalqı qane etmir və buna görə inam tamam itib. Ukrayna məsələsində Qərbin dərhal Rusiyaya embarqo tətbiq etməsi də Azərbaycan xalqına mənfi təsirini göstərdi və haqlı bir sual ortaya çıxdı. Nəyə görə 20 ildən çoxdur ki, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı hər hansı embarqo tətbiq edilməyib? Bütün bunlar isə göstərir ki, Azərbaycanda söz azadlığını, insan haqlarını bəhanə edərək gündə bir bəyanat verən bu qüvvələr əslində Azərbaycana qarşı səmimi deyillər.Buna görə Azərbaycan cəmiyyəti Qərb beyin mərkəzlərindən uzaqlaşırlar.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15