Radikal düşərgədə dialoq savaşı davam edir
10:26 20-12-2014
CƏMİYYƏT
Radikal düşərgədə dialoq savaşı davam edir
Məlum olduğu kimi, ötən həftə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsini müdiri 17 partiyanın müracəiti əsasında iqtidar-müxalifət dialoqu təşkil edib. Bu görüşdə müxtəlif məsələlər müzakirə olunub, müxalifət nümayəndələrinin təklifləri dinlənilib.
Amma illərdir hakimiyyəti dialoqa getməməkdə suçlayan, onu əbədi düşmən elan edən AXCP ilə Müsavat Partiyası bu görüşdə iştirak edənlərə qarşı qara piar kampaniyasına başlayıb. Bu məsələdə AXCP və yandaşları daha aqressivlik nümayiş etdirirlər. Lakin radikalların cavabları da gecikməyib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev "Kimin nə deməsi bizim üçün əhəmiyyətli deyil. Bizim üçün əhəmiyyətli olan odur ki, ölkədə mövcud olan iqtidar-müxalifət münasibətləri düşmənçilik müstəvisindən sivil münasibətlər müstəvisinə keçsin. Bunun üçünsə tərəflər arasında təmasların olması vacibdir. Biz bu cür təmasların siyasi dialoq prosesinə çevrilməsinin tərəfdarıyıq. Siyasi dialoq da demokratik prosedurlardan biridir. Əgər kimlərsə iqtidar-müxalifət dialoqunu satqınçılıq kimi dəyərləndirəcəksə, deməli həmin qüvvələrin demokratik prosedurlardan xəbəri yoxdur və ya həmin qüvvələr iqtidar-müxalifət münasibətlərindəki indiki status-kvonun saxlanmasında maraqlıdırlar. İqtidar-müxalifət münasibətlərinin mövcud durumu isə cəmiyyətə ziyandan başqa heç nə verə bilməz."
"Unikal"ın məlumatına görə, Azadlıq Partiyasının sədri Əhməd Oruc ötən həftənin şənbə günü iqtidar-müxalifət dialoqu, dialoqdan sonra Milli Şura və AXCP rəhbərliyi tərəfindən irəli sürülən ittihamlar və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb. Partiya sədri bəyan edib ki, daxili barış, qarşıdurmaların ortadan götürülməsi, tərəflərin bir-birinin arqumentlərini dinləməsi, cəmiyyəti narahat edən məsələlərin bir masa arxasında müzakirəsi sivil cəmiyyətlərin idarəçilik formasıdır: "İllərdir hakimiyyəti bu cür olmamaqda ittiham etmişik, bunu tələb etmişik. İndi uzun illərdən sonra hakimiyyətin rəsmi təmsilçisi müxalifətdə olan partiya rəhbərləri ilə görüşüb, bizi düşündürən bir sıra məsələlərin müzakirəsi, mütəmadi təmasların olması barədə razılıq əldə olunub. Və dərhal bəlli olub ki, hansısa bəhanələrlə hakimiyyətlə problemlərin müzakirəsində maraqlı olmayan "ciddi, əsas, əsl, alternativsiz, analoqu olmayan" partiyalar var və onlar olmasa səhər açılmayacaq. Dialoqdan sonra başladılar bu görüşdə iştirak edənlərə böhtan, təhqir, çamur yağdırmağa"başlayıblar.
Əhməd Oruc onu da nəzərə çatdırıb ki, 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra bu günə kimi müxalifət tərəfindən hakimiyyəti tanımamaq siyasəti yürüdülür: "1997-ci ilə kimi rəhmətlik Elçibəy özünü "prezident" hesab etdi, 2003-dən 2008 kimi İsa bəy "prezident" oldu, Milli Şuradakılar 2013-də də Cəmil müəllimi "prezident" seçdilər və çox güman ki, 2018-ə qədər o "hakimiyyətdə" olacaq. Maraqlıdır ki, bu cür siyasətin əsas sütunları, 21 illik müxalifətin "əsas partiyaları" bu illər ərzində hakimiyyəti tanımaya-tanımaya, hakimiyyətin siyahısı ilə parlamentdə təmsil olunur, nazirlər kimi yaşayır, cangüdənlə gəzir, övladları yüksək ödənişlə xaricdə təhsil alır". Əhməd Oruc bildirib ki, o, uzun illər daxili müzakirələrdə bu xəttin doğru olmadığını əsaslandırıb: "Bu adamlar bu məsələdə proqramlaşdırılıblar. Bu proqram milli azadlıq hərəkatında meydana çıxmış, milli maraqlar üçün canından belə keçməyə hazır olan 10 minlərlə şəxsiyyəti səssizcə məhv etdi. İndi ortada bir bunlar qalıb, bir də muzdla tutduqları, bir-iki əqli qüsurlular, bir də reallığa qətiyyən uyğun gəlməyən iddialar". Partiya sədri DİHM ilə Milli Şura arasındakı münasibətə də toxunub: "Maraqlıdır ki, DİHM-ə daxil olan partiyaların böyük əksəriyyəti dünənə qədər Milli Şurada bir yerdə idi, bir-birilərinə təriflər yağdırırdılar. DİHM-ə daxil olan 2 partiya- KXCP və Aydınlar indi həm də Milli Şuradadırlar. Bu adamlar Milli Şurada yaxşıdır, DİHM-də pis? Bu nə məntiqdir? Necə ola bilər ki, ermənilərlə, Avropanın üzdəniraqları ilə görüşmək üçün dünyanın hər yerinə qaça-qaça getmək olar, amma iqtidar təmsilçiləri ilə görüşmək olmaz?".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15