"Zər qədrini, zərgər bilər" – Nərgiz Paşayeva
10:29 20-12-2014
CƏMİYYƏT
"Zər qədrini, zərgər bilər" – Nərgiz Paşayeva
"Mərkəzin yaradılmasına dair elmi layihəmiz böyük iddialara köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaslığın nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu, böyük məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin davamlı təşkilini tələb edir".
Bunu M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində deyib. Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqda danışan N. Paşayeva bildirib ki, Oksford Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir mübadiləsi aparılıb. "Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Nəticə olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.
Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli numayəndəsidir. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailliyyətdir!
Bizdə bir gözəl məsəl var: "Zər qədrini, zərgər bilər". Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, baslanğıcda biz varıq və bu, keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda bizə həmişə uğur nəsib olsun".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15