Qubad İbadoğlu Arif Hacılını küncə sıxır
11:08 23-12-2014
CƏMİYYƏT
Qubad İbadoğlu Arif Hacılını küncə sıxır
Keçmiş başqanlığa namizəd yeni başqanı geri çəkilməyə məcbur edir
Müsavat Partiyası daxilində qurultaydan sonra başlanan qarşıdurma bir qədər səngisə də, tam yekunlaşmayıb.
"Unikal"ın məlumatına görə, hazırkı başqan Arif Hacılı birinci raundu udsa da, Qubad İbadoğlu və tərəfdarları geri çəkilmək niyyətində deyillər. Belə ki, onqlar Nizamnamənin tələblərinə söykənərək təqib olunan tərəfdarlarını partiyaya geri qaytarmağa müvəffəq olublar. Bir müddət əvvəl Nizamnaməyə və partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq Müsavat Partiyasından xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Murad partiya üzvlüyünə bərpa edilib.
Partiyanın Təşkilat Şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı deyib ki, M. Muradın Müsavata bərpası haqqında Qubadlı rayon təşkilatının Şurası qərar verib. R. Əmiraslanlı bildirib ki, M. Muradın bərpası partiyanın Nizamnaməsinə ziddir və bu məsələ araşdırılacaq: "Müsavat rəhbərliyi bununla bağlı mövqeyini açıqlayacaq".
Qubadlı rayon təşkilatı öz qərarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar partiyada barışıq yaratmaq niyyəti ilə əsaslandırıb.
Xatırladaq ki, oktyabrın 22-də M. Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun fəal tərəfdarıdır və indiki başqan Arif Hacılıya qarşı sərt tənqidi mövqe tutur.
"Unikal"ın əldə etdiyi məlumata görə, Qubad İbadoğlu mübarizəni davam etdirmək əzmindədir. Bu barədə bizi bilgiləndirən şəxs də deyib ki, Q.İbadoğlu Arif Hacılının qeyri-qanuni olaraq, partiyadan uzaqdaşdırdığı digər tərəfdarlarını da Müsavata qaytarmaq haqqında düşünür. Bunun üçün yeni təşəbbüs qrupu yaradaraq, nizamnamə çərçivəsində istəyinə nail olacaq. Bu da onu göstərir ki, artıq Müsavatda qüvvələr nisbəti dəyişməkdədir. Qubad İbadoğlu Arif Hacılını dalana dirəməklə öz gücünü bir daha nümayiş etdirəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26
2024-11-05 15:42:00
2024-11-05 15:00:11
2024-11-05 14:43:34