Ziya Məmmədov kütləvi narazılıq yaradır
Ziya Məmmədov kütləvi narazılıq yaradır

Nəqliyyat Nazirliyinin şəhərdaxili nəqliyyatda gediş haqlarının
qaldırılması ilə bağlı Tarif Şurasına müraciəti birmənalı qarşılanmır

Nəqliyyat Naziri Ziya Məmmədov daha bir mənfi məsələ ilə gündəmə gəlib . Bu dəfə kütləvi narazılıq yarada biləcək addım atması Z.Məmmədova qarşı etirazı artırıb.
Belə ki, Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacaq. Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. Ə.Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: "Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq".
Xatırladaq ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib. Artıq 25 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft" meydanı istiqamətində) hərəkət edirlər. Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.
Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.
"Unikal"ın məlumatına görə, Ziya Məmmədovla bağlı narazılıq hələ xeyli müddətdir ki, var. Amma nazir bütün etirazlara baxmayaraq, öz kürsüsünü qorumaq üçün müxtəlif addımlar atıb. Amma görünür, Z.Məmmədov əleyhdarlarını zərərsizləşdirəndən sonra hücuma keçməyi qərarlaşdırıb. Dünyada neftin qiymətinin aşağı düşdüyü bir məqamda nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməsi başadüşülən deyil. Məlumdur ki, paytaxtda fəaliyyət göstərən sərnişindaşıma şirkətləri ayrı-ayrı şəxslərə malik olsa da, demək olar ki, 90 faizi Ziya Məmmədova bağlıdır. Yəni, nəqliyyatda qiymət artımı birbaşa nazirin özünə sərf edir.
Xatırladaq ki, Z.Məmmədov bundan əvvəl də bir neçə dəfə Tarif Şurasına müraciət edərək gediş haqlarının qaldırılmasına cəhd göstərmişdi. Amma hökumət bu müraciəti məqbul bilməyərək geri çevirmişdi. İndi Nəqliyyat Nazirliyi yenidən belə bir müraciət hazırlayıb. Ziya Məmmədovun belə bir cəhdi ictimaiyyət tərəfindən də etirazla qarşılanır. Nazirin indiki məqamda belə bir addım atmasının səbəbi bəlli deyil. Çünki bu dəqiqə qiymət artımı üçün heç bir əsas yoxdur. Bu isə o deməkdir ki, Ziya Məmmədov ya kütləvi etirazların olmasını istəyir, ya da daha çox gəlir əldə etmək üçün hökumətə qarşı mənfi fikir oyatmağa çalışır. Hər halda, onun bu təşəbbüsü birmənalı qarşılanmayacaq.
Tarif Şurasında ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə baxılmır.Bunu İqtisadiyyat və sənaye nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev "APA-Economics"in sorğusuna cavab olaraq deyib.A.Əliyev bildirib ki, Nəqliyyat nazirliyi tərəfindən ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.Xatırladaq ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunacağını deyib.Ə. Cəfərov deyib ki, bu gün artıq Bakıda yeni və müasir tələbələrə cavab verən avtobuslar istismara verilib: "Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq".Qeyd edək ki, bu gün gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib.Artıq 25 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft" meydanı istiqamətində) hərəkət edirlər.Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.

Z.Məmmədli