Bəzi icra başçılarının biznesinə müdhiş zərbə hazırlanır
12:14 25-12-2014
İQTİSADİYYAT
Bəzi icra başçılarının biznesinə müdhiş zərbə hazırlanır
Şadlıq sarayları olan rayon rəhbərlərinə Bakıdan qara xəbər!
Əyalətlərdəki şadlıq saraylarına Bakıdan pis xəbər var. Bakıdakı restoranlardan sonra artıq rayonlardakı analoji obyektlər də təftiş hədəfinə çevrilir.
Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Azərbaycanın regionlarındakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlayacaq. Bu barədə adıçəkilən Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Komitə sədrinin sözlərinə görə, hazırda qurumun əməkdaşları tərəfindən Bakıdakı şadlıq saraylarında məhsulun keyfiyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparılır. "Biz bunun üçün müasir standartlara uyğun səyyar maşın almışıq. Bu isə bizə nəinki Bakıdakı, hətta regionlardakı şadlıq saraylarında məhsulun keyfiyyətini yoxlamağa imkan verir. Bu proses mütəmadi olaraq davam etdiriləcək", - deyə R. Həsənov qeyd edib.
Müşahidələr belə deməyə əsas verir ki, əksər rayonlarda şadlıq sarayları yerli icra başçılarının himayəsi və nəzarəti altındadır. Bir çox yerli rəhbərlər öz yaxınları vasitəsi ilə başçılıq etdikləri rayonlarda müxtəlif biznes obyektləri işlədirlər. Onların arasında şadlıq sarayları da var.
İddialara görə, bundan hökumətdə də məlumatlıdırlar. Bəzi icra başçılarının şadlıq saraylarının məhz rayon rəhbərliyi tərəfindən himayə olunması onların özlərini güclü hesab etmələrinə, xidmət, keyfiyyət və qiymət baxımından müəyyən özbaşınalıqlardan çəkinmədiyini göstərir.
Eyni zamanda iddia olunur ki, bəzi icra başçılarının nəzarətindəki belə şadlıq saraylarında əmək qanunvericiliyinin tələblərinin qorunması, həmçinin vergilərin ödənilməsi məsələsində də kifayət qədər pozuntular sadalamaq olar. Elə bu da həmin şadlıq evlərinin yalnız SMPDK tərəfindən yoxlamalara məruz qalmayacağını söyləməyə əsas verir.
Yəni istisna olunmur ki, yaxın gələcəkdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ardınca Dövlət Əmək Müfəttişliyi, Vergilər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki anti-inhisar qurumu da regionlarda fəaliyyət göstərən şadlıq evlərində müəyyən yoxlamalar həyata keçirsinlər. Bu isə bəzi icra başçılarının "toy biznesi"nin təhlükə altına düşməsi, onların ortaya çıxacaq nöqsanlar səbəbi ilə xeyli "tərləməsi" ehtimalını qüvvətləndirir.
Həmçinin qeyd etmək lazımdır ki, bəzi rayonların icra başçıları öz "toy bizneslərini" gücləndirmək üçün fərdi sahibkarların, iş adamlarının analoji fəaliyyətlə məşğul olmasını mümkün yollarla, öz təsir imkanlarını işə salmaqla əngəlləyirlər. Elə bunun nəticəsidir ki, bir çox rayonlarda biz yalnız 1-2 şadlıq sarayının olduğunu görürük.
Bu da müəyyən rayon rəhbərlərinin başçılıq etdikləri rayonlarda "toy biznesi"ni inhisarda saxlamaq cəhdlərinin təzahürü kimi qəbul olunur. Mümkündür ki, aidiyyatı qurumlar belə hallardan da xəbərdardırlar və bu istiqamətdə də təsirli addımlar atacaqlar.
Bir sözlə, "toy biznesi" olan yerli icra başçıları üçün Bakıdan gələn xəbərlər ürək açan deyil. Onların bu önəmli gəlir qaynağını yaxın gələcəkdə ciddi təhlükələrin gözləyəcəyinə şübhə çox azdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31