"Rusiyadan kapital axınında ermənilər aktiv iştirak edirlər və bu proseslərdən şəxsən Sarkisyanın xəbəri var"
12:21 25-12-2014
CƏMİYYƏT
"Rusiyadan kapital axınında ermənilər aktiv iştirak edirlər və bu proseslərdən şəxsən Sarkisyanın xəbəri var"
"Son Rusiya-Qərb qarşıdurması ilk olaraq özünü Rusiyadan kapital axınının başlamasında göstərdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Rusiyadan 150-200 milyard dollar məbləğində kapitalın axdığına dair məlumatlar yayılır: "Bu proses ermənilərin iştirakı ilə baş verib və verir. Rusiyanın hakim elitasına bütün sahələr üzrə daxil olan ermənilər böyük təsiredici qüvvədir. RF-in ictimai-siyasi həyatı, xarici siyasəti və iri biznesi ermənilərin şərikli idarə etdiyi sahələrdəndir. RF prezidenti V.Putin son mətbuat konfransında Qərbin Rusiyaya qarşı təzyiqlərinin Ukrayna hadisələrindən xeyli qabaq başladığını bəyan etdi. Putinin dediyi dövrdə, yəni Ukrayna hadisələrindən əvvəldən Moskvadakı milyarder və milyoner ermənilərinin davranışının tədqiqi sübut edir ki, ermənilərin Qərbin Rusiyaya təzyiqinin başlanacağından xəbəri olub və bu prosesdə iştirak ediblər".
Onun sözlərinə görə, M.Xodorkovskinin adamlarının Ermənistanda "Yukos-Armenia" şirkətini təsis etməsi RF-dən pul axınında ermənilərin iştirakının ilk publik əlaməti idi: "Yukos-Armenia" şirkəti vasitəsi ilə 2000-ci illərin əvvəlində 4 milyard dollar rus kapitalı Rusiyadan kənara çıxarıldı. Moskvada və ya RF-in digər şəhərlərində yaşayan bütün imkanlı ermənilərin ABŞ-da və ya Avropada pulu, mülkü var. Ermənilər pulu Rusiyada qazanıb, Qərbdə xərcləyiblər.
Son 4-5 ildə ermənilərin öz pullarını xaricə çıxarma prosesi xeyli sürətlənib. "Reso strax" siğorta qurumunun başçıları olan Sərkisov qardaşları hələ iki il bundan qabaq pullarını Rusiyadan Qərbə köçürmüşdülər. Qardaşlardan biri təxminən bir il yarımdır Los-Anceles (Kaliforniya, ABŞ) şəhərində Ermənistanın konsulu işləyir. Sərkisov qardaşlarından digəri isə təxminən bir ildir Fransanın Lion şəhərində Ermənistanın konsulu işləyir".
Politoloq deyib ki, bütün dünyada səfir və ya konsul təyin etmək səlahiyyəti yalnız ən birinci şəxsə, prezidentə məxsusdur: "Sərkisov qardaşları da S.Sərkisyanın əmri ilə konsul təyin olunublar.
Başqa bir erməni, Araik Sərkisyan da konsul olmaq istəyirdi. Makedoniyadan aqreman da almışdı. A.Sərkisyan özünü Geosiyasi problemlər Akademiyasının rəhbəri, General-polkovnik Leonid İvaşovun köməkçisi kimi təqdim edir. Amma o, konsul təyin edilmədi. Gorünür, RF-dən xaricə pul çıxarmaq imkanı və bacarığı yoxdur.
"Ameriabank", "Troyka dialoq", "Sberbank" təsisçisi R.Vardanyan pulunu çoxdan Qərbə köçürüb, indi rahatca Ermənistanda Qərbin maraqları naminə öz pullarını xərcləyir. Atdığı bütün addımları Ermənistan rəhbərliyilə razılaşdırır".
M.Əhmədoğlu bildirib ki, təkcə bu üç hadisə göstərir ki, ermənilər RF-dən külli miqdarda pul çıxarıblar və bu prosesdən Ermənistan rəhbərliyinin, şəxsən Serj Sərkisyanın xəbəri var: "R.Vardanyanın Ermənistanda yaratdığı inkişaf fondunun rəhbəri baş nazirin keçmiş birinci müavini Armen Gevorkyandır. S.Sərkisyan qarşılıqlı razılıq əsasında A.Gevorkyanı baş nazirin birinci müavini vəzifəsindən azad edib R.Vardanyana təhvil verdi və R.Vardanyan onu həyat yoldaşı ilə birlikdə yenicə təsis etdiyi İnkişaf fonduna rəhbər təyin etdi.
Ukrayna böhranından sonra isə ermənilər milliyyətcə rus imkanlı iş adamlarına da pullarını xaricə çıxarmağa yardımçı oldular.
Rusiyadan kapital axınında və ermənilərin iştirakına dair vacib parametrlərdən biri İranla əlaqəlidir. Bu gün İran RF-in həqiqi müttəfiqi olsaydı, Qərbin sanksiyaları Rusiya üçün bu qədər fəsad törətməzdi. İranın Rusiyaya dəstək verməməsinin əsas səbəbini Rusiyanın İrandakı səfiri Levon Caqaryan çox gözəl bilir. Eləcə də səfir Caqaryan İranın investisiyaya ciddi ehtiyacı olduğu dövrdə "Qazprom"u "Pars" qaz yatağından qovmasının, Rusiyanı "S-300" raketlərinə görə beynəlxalq məhkəməyə verməsinin, V.Putinin israr etməsinə baxmayaraq İrana dəvət olunmamasının, RF dövlət dumasının sədri S.Narışkinin İrana uğursuz səfərinin və Putinin son mətbuat konfransında dediyi İran-Rusiya münasibətlərindəki problemlərin səbəblərini də çox gözəl bilir. L. Caqaryan İranın gözündə RF-dən daha çox Ermənistanın ABŞpərəst marağının daşıyıcısı kimi görünür. RF Xarici İşlər Nazirliyinin Rusiyanın İran istiqamətində ardıcıl səhvlərini aradan qaldırmaması da təsadüfi deyil, çünki ermənilərə məhz belə siyasət lazımdır. Rusiyanın xarici işlər naziri S.Lavrov özünü daha çox "Kələntəryan" kimi aparıb. Nazir işlədiyi 10 il ərzində RF Xarici İşlər Nazirliyində vəzifə almış ermənilərin sayı və bunun milliyyətcə ruslara nisbəti Lavrovun "Kələntəryan"lıq etdiyini deməyə əsas yaradır".
Politoloq qeyd edib ki, RF-yə maliyyə və siyasi zərbələrin kombinə edilməsində indi həbsdə olan, B.Obamanın dostu Levon Ayrapetyanın müstəsna rolu olub: "Qarabağdan çıxmış kasıb erməni L.Ayrapetyan indi Monakoda bir neçə yüz milyon dollarlıq mülkə və hesablara malikdir. Keçmişiylə vidalaşmaq üçün hətta milliyətcə rus olan arvadını da boşayan Ayrapetyan B.Obamanın və ondan əvvəlki ABŞ prezidentlərinin yaxın əhatəsində idi. Rusiyada iri mətbuat strukturunun sahibi olan bu adam üçün Kremldə bağlı qapı və sirr yox idi. ABŞ-ın Ermənistandakı səfirliyinin iqamətgahının hərbi bazaya çevrilməsində onun siyasi əlaqələrinin və maliyyəsinin mühüm rolu oldu".
Onun sözlərinə görə, Qərbin RF-dən kapital axınında düz onluğa vürması L.Ayrapetyan kimilərin donosbazlığı hesabınadır: "Görünür, rəsmi Moskva bəzən erməni şəbəkəsinin müqavimətini qırmağa nail olur. Ona görə L.Ayrapetyanı həbs etdi. Ermənilərin şüurlu davranışı diqqət çəkir. Dünyada olan milyarderlərin böyük əksəriyyəti ABŞ vətəndaşıdır. Rusiya milyarderlərinin nisbəti xeyli aşağıdır. Ermənilərdə isə belə deyil. "Ameriabank"ın rəhbəri R.Vardanyanı da saymaqla dünyada 6 erməni milyarderi var. ("Ameriabank"ın rəhbəri R.Vardanyan milyarder siyahısına düşməsə də faktiki milyarderdir.) Bunlardan yalnız biri – Kirk Kirkoryan ABŞ vətəndaşıdır. Qalan beş erməni isə RF vətəndaşıdır və RF-in hesabına milyarder olublar. ABŞ-dakı ermənilər isə ABŞ-ın əlində Rusiyaya qarşı alətdir. Məhz bu parametrə görə ABŞ-ın siyasi olimpində ermənilərə şərait yaradıblar.
SSRİ-nin dağılması və bu prosesdə Ermənistanın, eləcə də dünya erməniliyinin Qərbin xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirməsi bunun əyani sübutudur.
RF Qərblə kəskin qarşıdurmadadır. Krım məsələsini çıxmaq şərtilə Ukrayna ilə əlaqəli digər məsələlərdə Rusiya Qərbə güzəştə getdi. Rusiyanın güzəştə getməsini ABŞ dövlət katibi Kerri də təsdiqlədi, amma Qərb Rusiyaya qarşı sanksiyaları yumşaltmaq fikrində deyil. B.Obama Rusiyaya qarşı sanksiyalarla dolu qanunu imzaladı. B.Obama Rusiyanı zəiflətmək üçün Kuba ilə barışdı. Bütün bunlar göstərir ki, ABŞ Rusiyanı çökdürmək məqsədini ciddi şəkildə qarşısına qoyub. ABŞ-ı Rusiyaya qarşı ruhlandıran, Rusiyanı ABŞ-ın və ya Qərbin qarşısında zəif göstərən bircə parametr var: Bu ermənilərin Rusiyanın xarici, daxili siyasətində, iqtisadiyyatında və xüsusi xidmət orqanlarında tutduqları mükəmməl mövqedir.
Kreml RF daxilindəki erməni faktorunu neytrallaşdıra bilməyəcəksə SSRİ-nin taleyini yaşayacaq. SSRİ əvvəlki soyuq müharibəni Qərbə uduzdu. ABŞ-ın xüsusi xidmət orqanlarının SSRİ-dəki ermənilərlə işbirliyi həlledici oldu".
Əli
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15