Əli Kərimli "moşennik"likdə ittiham olundu
12:24 25-12-2014
CƏMİYYƏT
Əli Kərimli "moşennik"likdə ittiham olundu
AXCP sədrindən narazı qalan mülk sahibi:
"Tələb edəcəm ki, mənə məxsus olan pulları geri qaytarsın, daha gədəlik etməsin"
AXCP sədri Əli Kərimlinin xarakteri ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bu günə kimi onu liderinə xəyanətdə, milli maraqlarımıza zidd addımlar atmaqda, xarici qüvvələrə işləməkdə ittiham edənlər olub.
"Unikal"ın məlumatına görə, sonuncu dəfə icarəyə götürdüyü mülkün sahibi ilə aralarında yaşanan konflikt isə Əli Kərimlinin etibarsız partnyor olduğunu bir daha nümayiş etdirdi. Yəni, mülk sahibinə verməli olduğu pulu ödəməkdən imtina etdiyi üçün çənə-boğaza çıxmaq məcburiyyətində qalan iş adamını sosial şəbəkələrdə biabır edilməsi isə Əli Kərimlinin daxili xislətindən xəbər verir.
Bu günə kimi bir neçə dəfə mətbuata açıqlama verərək Əli Kərimlinin iyrənc əməllərindən danışan mülk sahibi ona ünvanlanan təhqirlərdən cana doyub. Belə ki, AXCP-nin keçmiş qərargahının sahibi Azər Əsgərov partiya sədri Əli Kərimliyə qarşı növbəti ittihamlarla çıxış edib. Bununla bağlı açıqlama verən sahibkar bildirib ki, son günlərə qədər Əli Kərimliyə məxsus "facebook" sosial şəbəkəsindəki profildən onun özünə və ailəsinə qarşı ifadəolunmaz dərəcədə və senzuradankənar söyüşlər, təhqirlər yer alıb: "Bu hal son günlərə qədər davam edirdi. Mən də sosial şəbəkə vasitəsilə onları cavabsız qoymurdum. Çünki bunlar artıq mənim mənəviyyatımla oynamağa başlamışdılar. Əli Kərimli şəxsən mənə qarşı təhqirlər ünvanlayırdı. Eləcə də onun yaxın ətrafı bu işdə öz çirkablıqlarını göstərirdilər".
Azər Əsgərov daha sonra bildirib ki, Əli Kərimli bu olaylar baş verərkən, guya həmin profilin saxta olduğunu deyirdi: "Lakin sual edirəm ki, əgər həmin profil saxta idisə, AXCP sədrinin cangüdəninin, onun müavinlərinin həmin profildəki dostluqları haradan qaynaqlanırdı? O cümlədən Milli Şuranın sədri Cəmil Həsənlinin Əli Kərimlinin profilindəki dostluğu haradan qaynaqlanıb?". Sahibkar qeyd edib ki, o, bu arqumentləri ortaya qoyduqdan sonra həmin profildəki təhqir və söyüşlər silindi: "Hazırda mənə qarşı işlədilmiş həqarətlər və təhqirlər oradan silinib. Bu isə bir daha belə düşünməyə əsas verir ki, həmin profilə bilavasitə Əli Kərimli nəzarət edib". Azər Əsgərov hələ də kompensasiyasını ala bilmədiyini deyib və iddia edir ki, həmin pullara, məhz Əli Kərimli sahiblənib: "Bu baxımdan, mən məhkəmədə həmin iddiamı qaldıracam. Əli Kərimlidən tələb edəcəm ki, mənə məxsus olan pulları geri qaytarsın, daha gədəlik etməsin".
"Unikal"ın əldə etdiyi məlumata görə, Əli Kərimli pulu ödəməmək üçün iyrənc kampaniyaya start verib. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, AXCP sədri qəsdən belə edir. "Əli Kərimli belə edir ki, adam bezib o puldan imtina eləsin. Amma adam da öz haqqını istəyir. Ona görə də bütün vasitələrlə çalışır ki, pulunu alsın. Lakin Əli Kərimli kimi birisindən pulunu ala biləcəyi sual altındadır", - deyə mənbə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15