Müsavatda daha bir səs-küylü seçki olacaq
12:27 25-12-2014
CƏMİYYƏT
Müsavatda daha bir səs-küylü seçki olacaq
Qubad İbadoğlunun tərəfdarları Arif Hacılıya sürpriz hazırlaylblar
Dünən Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat başqanının müşavirlərinin təyin olunması barədə sərəncamlar imzalayıb.
Partiyadan "Unikal"a verilən məlumata görə, həmin sərəncamlara əsasən Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Müsavat Partiyası Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Müsavat Partiyası Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Müsavat Partiyası Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov və Müsavat Partiyası Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyev Müsavat Partiyası başqanının müşaviri təyin ediliblər.
Onu da qeyd edək ki, dekabrın 27-də Müsavat Məclisinin növbəti iclası keçiriləcək. Həmin gün Məclisin sədr və katibliyinə, eləcə də, partiyanın MNTK, Divan və sərbəst Məclis üzvlüyünə boş qalmış yerlərə seçkilərin keçirilməsi nəzərdə tutulur. Namizədlərin qeydiyyat prosesi dekabrın 26-da başa çatacaq.
İndiyə qədər Məclis katibliyindən başqa, digər seçkili orqanların hər birinə iddiasını irəli sürən şəxslər var.
"Unikal"ın məlumatına görə, bu barədə Müsavat Divanının üzvü Razim Əmiraslanlı məlumat verib: "Artıq 25 nəfərə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini irəli sürüb. Eyni zamanda 4 nəfər MNTK-ya iddialıdır. Hələlik sədrliklə bağlı bir dəyişiklik yoxdur. Bu posta Nüşabə Sadıxlı və Sabir Məmmədli namizəddirlər. Divana isə, indiyə qədər yalnız Səxavət Soltanlının namizədliyi qeydə alınıb. Siyahının artacağı istisna deyil. Qeydiyyat müddətinin başa çatmasına iki gün qalır".
Qeyd edək ki, hazırda Müsavat Məclisinə 32 , MNTK-ya 3, Divana isə 4 yer boşdur. Məclis sədri avtomatik Divan üzvü sayılacaq. İndiyə qədər keçirilən 3 seçki nəticəsində Məclisi tam formalaşdırmaq mümkün olmayıb.
Amma Müsavatın 27 dekabrda keçirilməsi nəzərdə tutulan toplantısında yeni gərginliyin təməli qoyulacaq. Bu barədə "Unikal"a məlumat verən şəxsin sözlərinə görə, partiya daxilindəki müxaliflər bu seçkinin nəticələrini öz xeyirlərinə dəyişmək istəyirlər. "Bildiyiniz kimi, qurultaydan sonra Müsavat baş qaldıran narazılıq hələ də davam edir. Bu istiqamətdə tərəflərin apardıqları iş nəticəsini verməkdədir. İş o yerə çatıb ki, artıq tərəflər bir-birlərinə qarşı təhqiramiz ittihamlardan istifadə etməkdən belə çəkinmirlər. Ona görə də budəfəki seçki də önəmlidir. Bugünə kimi Qubad İnadoğlunun tərəfdarları partiyadaxili seçkilərəd qoşulmaq istəmədilər. Amma artıq onlar da rəhbərlikdə yer almaq üçün mübarizəyə qoşulurlar. Hər halda, Arif Hacılı üçün sürpriz hazırlanır desək, yanılmarıq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15