"Dünya tarixində belə ölkə olmayıb" – Əli Əhmədov
12:30 25-12-2014
CƏMİYYƏT
"Dünya tarixində belə ölkə olmayıb" – Əli Əhmədov
"Hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır".
Bunu Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın bu inkişafını 21-ci əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar: "Bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Bu illər ərzində Azərbaycan bütünlükdə dəyişib. Azərbaycan möhtəşəm müasirləşmə, inkişaf dövrü yaşayır".
Onun sözlərinə görə, bu, təkcə iqtisadi deyil, həmçinin insanların nəzərində dəyişiklikdir: "Bu gün insanlar sabaha ümidlə baxır, özlərinə daha çox inanırlar".
Ə.Əhmədov vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir: "Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin ciddi regional əhəmiyyətə malikdir".
YAP-ın sədr müavini əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasəti əsasında son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir məmləkətə, yeni bir cəmiyyətə çevrilib.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15