Əli Abbasov İlham Əliyevə söz verdi
"Rabitə və yüksək texnologiyalar sahəsində çalışan bütün əməkdaşlar Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələri həyata keçirmək üçün əlindən gələni edəcəklər".
Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov keçirilən "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, BMT Baş Assambleyasının qəbul etdiyi 3 qərara əsasən, Azərbaycanın Avroasiya zonasında informasiya strukturunun inkişafı üçün təqdim etdiyi layihələr dəstəklənib və Avroasiya Rabitə Alyansında Azərbaycanın koordinatorluğu təsdiq edilib: "Əsas odur ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, yüksək səviyyəli, lazım olan informasiya-kommunikasiya texnologiyalarının xidmətlərini təkcə respublikada yox, regionda da həyata keçirsin, ixrac potensialını gücləndirə bilsin. Ötən on ildəki və gələcək inkişaf modellərimizə verilən qiymət Dünya İqtisadi Forumunun Azərbaycanın inkişafını yüksək dəyərləndirməsidir. Bütün bu inkişaf məsuliyyətini öz çiyinlərində daşıyan və bunun nəticələrinə ən çox sevinən birinci azərbaycanlı prezident İlham Əliyevdir".
Ə.Abbasov bildirib ki, 2004-2008-ci illərdə hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-ci ildən sonra isə 60-65 faiz olub: "Bu, təxminən hər 3 ildə İKT potensialının 3 dəfə genişlənməsi deməkdir. Bu, həmişə ümumdünya orta göstəricisini təxminən 2-2,5 dəfə üstələyib".
Nazir deyib ki, MBD-də ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, 2010-cu ildə bütün telekommunikasiya sisteminin MDB ölkələri arasında ilk dəfə elektronlaşdırılması, son illərdə Azərbaycanda mobil telefon rabitəsi infrastrukturunun genişlənməsi bu inkişafa bariz nümunədir: "Ölkəmiz yeni 4G texnologiyasını tətbiq edən Avropada 9, dünyada 37-ci ölkədir, bu gün dünyada 3G texnologiyasının ölkə üzərində əhatə dairəsini 100 faiz təmin etmiş 20 ölkə sırasındadır, internetin tətbiqinə görə inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşır. Azərbaycan internetin 73 faizlik istifadə sıxlığına görə MDB ölkələri arasında liderdir və bir neçə ildir ki, bu liderliyi qoruyub saxlamaqdadır".
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
