Mirmahmud Mirəlioğoluna qarşı etiraz böyüyür
12:33 26-12-2014
CƏMİYYƏT
Mirmahmud Mirəlioğoluna qarşı etiraz böyüyür
KXCP daxilində sədrə qarşı müxalif qrup yaranır
Son dövrlər ideoloji xəttindən çıxmağa başlayan Klassik Xalq Cəbhəsi Partiyasının rəhbərliyinin siyasəti daxili narazılığa səbəb olub.
"Unikal"ın məlumatına görə, artıq KXCP sədri Mirmahmud Mirəlioğlunun yürütdüyü siyasət partiyadakıları narazı salıb. Xüsusən də Milli Şuradan çıxandan sonra onun verdiyi açıqlamalar köhnə cəbhəçiləri hiddətləndirib. Hətta onun artıq partiyanın maraqlarını öz şəxsi mənafeyinə qurban verdiyini düşünənlər də var.
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) "Demokratik Birlik" fraksiyası Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunub. Fraksiyanın təmsilçisi Ədalət Yusibov bu məsələ ilə bağlı təşəbbüs qrupunun yaradıldığını deyib. Bu barədə publika.az-a açıqlama verən Ədalət bəy "Qarşıda qoyduğumuz hədəflər və məqsədlərimiz bu hərəkatda təmsilçiliyimizə uyğundur. Təşəbbüs qrupu formalaşmamışdan öncə müəyyən əlaqələrimiz mövcud idi və aparılan danışıqların nəticəsi bizim də orada təmsilçiliyimizə yol açdı. ADR hərəkatında təmsilçiliyimiz kiməsə, yaxud hansısa partiyanın mövqeyinə qarşı münasibət kimi anlaşıla bilməz. Çünki həmin hərəkatda təmsil olunan fərqli siyasi mənsubiyyəti olan şəxs yalnız mən deyiləm. Başqa siyasi partiya üzvləri də var. Mənim Arif Hacılı və onun komandası ilə heç bir problemim yoxdur. Əslində ADR-in yaradılması Müsavatda daxili narazılıq münasibətlərinin bir növ əngəllənməsinə yol açan qabaqlayıcı tədbir olacaq. Həmçinin, Müsavat daxili münasibətlərin barışmaz müstəvidən müəyyən anlaşma müstəvisinə yardımçı olacaq", - deyib.
KXCP-nin "Demokratik Birlik" fraksiyasına gəlincə, Ə. Yusibov fəaliyyətlərini dayandırmadıqlarını bildirib. Fraksiya bir gün də olsun ciddi məsələlərə münasibətdən kənarda qalmayıb. Vaxtaşırı yığıncaqlarını keçirir, qərarlarını qəbul edirik. Partiya rəhbərliyi ilə münasibətlərin formalaşdırılmasında maraqlıdır. Dostlarımız vasitəsilə partiya rəhbərliyinə mesaj ünvanlamışıq. KXCP-nin qurultayının vaxtı 6 aydan artıq bir müddətdə gecikir. Fraksiya olaraq partiya qurultayının keçirilməsində köməyimiz nədən ibarətdirsə, çalışacağım məsələlərlə bağlı mövqe ifadə eləmişik", - deyə o bildirib.
"Unikal"ın əldə etdiyi məlumata görə, artıq Mirmahmud Mirəlioğlunun əleyhdarları qruplaşırlar. Hətta onların yeni qurum yaradacaqları da bildirilir. Xatırlayanlar bilirlər ki, bir müddət əvvəl də KXCP daxilində belə bir qrup yaranmışdı. O zaman M.Mirəlioğlu onları zərərsizləşdirə bilmişdi. Amma bu dəfə KXCP sədrinə qarşı daha böyük müxalifət formalaşır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15