Radikalların seçki fiaskosu
AXCP ilə Müsavatın biabır olması rəsmiləşir
2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri artıq arxada qaldı. Bələdiyyə seçkilərinə maraq elə də çox olmasa da, kifayət qədər seçici aktivliyi olmayıb. Amma bu seçkilərdə müxalifət zəif nəticə əldə edib, radikal düşərgə isə ümumiyyətlə, fiasko ilə qarşılaşıb.
Qeyd edək ki, MSK 23 dekabr bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Rəsmən bəyan olunub ki, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib . Ümumilikdə, 30 partiyanın nümayəndələri seçkilərdə iştirak edib. Ən çox namizədi qeydə alınan partiya isə YAP olub. Seçkilər 118 dairə üzrə keçirilib, 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən rəsmən irəli sürülüb. Bunlar YAP, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır. Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) verilən məlumata görə, partiya üzvlərindən 300 nəfərin namizədliyi qeydə alınıb. BAXCP siyasi təşkilat olaraq seçkilərdə iştirak etməyib. Demokratik İslahatlar Partiyası (DİP) 111 nəfərlə seçkilərdə iştirak edib. Partiyanın 6 üzvü seçkilərdə qələbə əldə edib. Böyük Quruluş Partiyası (BQP) 305 nəfərlə seçkilərdə iştirak edib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşünas Mehman Muradlı deyib ki, bu ilki bələdiyyə seçkiləri ilk bələdiyyə seçkilərini çox xatırlatdı. Onun sözlərinə görə, ilk bələdiyyə seçkiləri də namizədlərin çoxluğu ilə yadda qalmışdı: "Meydan müxalifətinin bu seçkilərdə kənarda qalması seçicilərin aktivliyinə təsir göstərmədi və seçici məntəqələrə gedib səsini verdi. Burada uduzan seçkidə iştirak etməyən yenə meydan müxalifəti oldu. Onların başqa yolu da yoxuydu. Seçkidə iştirak etməməklə məqsədləri elektoratının az sayda olmağını gizlətmək idi. Yəni, radikal müxalifət seçkiyə qatılmasa da, biabırçılıqdan yaxa qurtara bilmədi".
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu Teleqraf.com-a bildirib ki, onlardan heç kəs bələdiyyə üzvlüyünə seçilə bilməyib: "Kifayət qədər namizədimiz vardı, amma seçilə bilmədilər. Mən özüm Nərimanov rayon bələdiyyəsi üzrə namizədliyimi irəli sürmüşdüm. Təəssüf ki, qələbəmi təmin edə bilmədim. MSK-ya şikayət vermişəm".
"Unikal" olaraq bu seçkilərdə radikal müxalifətin ağır məğlubiyyətə düçar olacağını bəyan etmişdik. Göründüyü kimi, AXCP ilə Müsavat seçkiləri boykot etməklə guya hakimiyyətə təzyiq etmək istəyirdilər. Amma bunun əsl səbəbi isə seçkiyə qatılacaq namizədlərinin olmamaları idi. Seçici aktivliyinin yetəri qədər olması isə radikalların tərəfdarlarının olmadığını da ortaya qoymuş oldu.
Qərib Gərayzadə
Digər Xəbərlər
2025-02-28 08:47:00

2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
