Mübariz Əhmədoğlu: "Heffern Ermənistanda səfir işlədiyi dövrdə ABŞ-ın regional siyasətini şikəst etdi"
12:39 26-12-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Heffern Ermənistanda səfir işlədiyi dövrdə ABŞ-ın regional siyasətini şikəst etdi"
"ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin 3 il 3 aylıq diplomatik fəaliyyəti başa çatdı. Ermənistanı tərk etdikdən sonra son videobloqunu da yaydı"
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, ABŞ səfiri ermənilərin işıqlı gələcəyə çıxması üçün ənənəvi iki problemin - Dağlıq Qarabağ münaqişəsinin həllini və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını arzulayır: "Ermənilər üçün çoxlu iş görmüş Heffernin bu iki problemdə ermənilərə "kömək etməməsi" diqqətdən kənarda qalmır. Ermənistanda diplomatik fəaliyyəti zamanı Heffern özünün şəxsi maraqlarını və ermənilərin uydurma maraqlarını daha üstün tutmuşdu. Həm Ermənistan-Türkiyə münasibətləri, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Heffernin səfirliyi dövründə daha da gerilədi. Ə.Davudoğlu (Türkiyənin indiki baş naziri, o zamankı xarici işlər naziri) Ermənistana səfər edərkən C.Heffern ABŞ dövlət katibi C.Kerrinin Ermənistana səfər edəcəyi ideyasını dövriyyəyə buraxdı. Məqsəd Türkiyənin regional rolunu ermənilər qarşısında kiçiltmək idi. Ə.Davudoğlu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Yerevana səfər etmişdi. Vida mətbuat konfransında Kerrinin Ermənistana səfər edəcəyi ilə bağlı dediyi fikirlərin özünün uydurması olduğu da təsdiqləndi".
Politoloq deyib ki, Kaliforniya ştatının DQ-nin müstəqilliyini tanıması, DQ-yə ABŞ tərəfindən ayrılan birbaşa yardımın yenidən gizli formada bərpa edilməsi Heffernin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vurduğu zərbələrin bir qismidir: "ABŞ-ın Ermənistandakı səfiri C.Heffernin vida mətbuat konfransı Azərbaycan prizmasından sensasiyalı bəyanatlarla yadda qaldı. Səfir C.Heffern 3 ildən bir neçə ay artıq səfir işlədi. Bu ABŞ praktikasında az rast gəlinən hadisədir. Heffernin ermənilərə lakeyliyinin ən aktiv dövrü də məhz bu əlavə işlədiyi dövrə düşdü. Ermənistan Respublikasına məxsus, Ermənistan vətəndaşlarının idarə etdiyi hərbi helikopterin Ağdam ərazisində azərbaycanlı hərbçi tərəfindən vurulması zamanı C.Heffernin tutduğu mövqe onun ABŞ diplomatı statusuna deyil, ER müdafiə naziri S.Ohanyanın işçisi statusuna daha çox uyğun gəlir.
Prezidenti və ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi bir tərəfə, C.Heffern Azərbaycanın işğal olunmuş əraziləri barədə özü-özünü təkzib etdi. 2014-cü ilin may ayında onun verdiyi bəyanatlarda Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu ilə Dağlıq Qarabağın özünün statusu fərqli görünürdü - Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün statusu isə Azərbaycanla Ermənistan arasında dialoq nəticəsində müəyyən olunmalıdır. Ermənistan helikopteri, C.Heffernə görə, Azərbaycana qaytarılmalı olan ərazilərə daxil olan Ağdamda baş verdi. Heffern özü bu əraziləri neytral və ya heç kimə məxsus ərazilər kimi təqdim etdi və bunu ATƏT MQ həmsədrlərinə də qəbul etdirdi. Azərbaycan və Ermənistan prezidentlərin Fransa görüşü haqda bəyanat yaymayan həmsədrlər Heffernin təkidi ilə Ağdam rayonu ərazisində Ermənistan helikopterinin vurulmasına dair iki dəfə bəyanat verdilər".
M.Əhmədoğlu deyib ki, ABŞ-ın Ermənistandakı səfiri C.Heffern Ermənistanın müdafiə naziri S.Ohanyana heyran olduğunu bəyan etdi: "Amma vida mətbuat konfransında C.Heffern yenidən təxminən may ayındakı mövqeyinə qayıtdı: "Azərbaycan ABŞ-ın vacib strateji müttəfiqidir". Jurnalistin "Azərbaycanda səfir işləyə bilərsinizmi?" sualına tam müsbət məzmunda cavab verdi. S.Ohanyanın bacarığı-qabiliyyəti barədə bircə kəlmə söz demədi.
ABŞ səfiri C.Heffern Ermənistanda qanlı seçkilərin demokratik görünməsi üçün var qüvvəsini sərf etdi və bu istiqamətdə Ermənistanın xeyrinə ciddi uğurlar əldə etdi. 2013-cü ilin fevralında prezident seçkiləri zamanı onun davranışı ciddi tədqiqat tələb edir.
Ermənistanın İT mütəxəssislərinin ABŞ-a kütləvi axınında da C.Heffernin vacib rolu var. İndi ABŞ-dakı ermənilər Ermənistandan gedən İT mütəxəssisləri ətrafında təmərküzləşərək etnokriminal şəbəkə yaradıblar. Heffern, ABŞ-dakı ermənipərəst konqresmenlər və bəzi digər rəsmilər, ehtimal ki, ABŞ-dakı erməni etnokriminal şəbəkənin gəlirlərindən müəyyən paya malikdir.
Mətbuat konfransında da Heffern özündən əvvəlki səfir M.Yovanoviçin də fəaliyyətini xatırladı. Özünün Dövlət Departamentinin Avropa idarəsinə vəzifəyə təyin olduğunu bildirdi. Bununla da axtardığımız bəzi suallara o cavab verdi.
Heffern ABŞ-ın maraqlarını satsa da, özünün şəxsi maraqlarını ödəyə bilmədi. Ermənistanın müdafiə naziri S.Ohanyan Heffernə "atdı". ABŞ Dövlət Departamentində M.Yovanoviç və C.Hefferndən də daha səlahiyyətli ermənipərəstlər var. Amma bu, Azərbaycanın müstəqil siyasətinin və inkişafının qabağını ala bilmədi. Heffern Ermənistanda səfir işlədiyi dövrdə ABŞ-ın regional siyasətini şikəst etdi. ABŞ-ın bu şikəsti sağaltmaq imkanı çox zəifdir".
Digər Xəbərlər
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26
2024-11-05 15:42:00
2024-11-05 15:00:11
2024-11-05 14:43:34