Arif Hacılı Müsavatda təkhakimiyyətlilik qurur
11:47 27-12-2014
CƏMİYYƏT
Arif Hacılı Müsavatda təkhakimiyyətlilik qurur
Partiyanın bütün strukturlarına öz adamlarını yerləşdirən yeni başqan daxildə avtoritar mühit yaradır
Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı dağıdıcı siyasətini davam etdirir. Artıq təzyiqləri dəf etməyi bacaran başqan partiyada təkhakimiyyətlik qurmağa başlayıb.
"Unikal"ın məlumatına görə, Arif Hacılı Müsavatın əsas postlarından biri olan Məclis sədrliyini də öz kurasiyasına keçirməyi bacarıb. Belə ki, onun yürütdüyü siyasət nəticəsində Müsavat Məclisinin sədrliyinə kənar şəxslər iddia etmədi. Hətta Arzu Səmədbəyli belə bu posta iddialı olmaqdan imtina etdi. Arif Hacılının yürütdüyü avtoritar siyasət bəzi iddialıların da geri çəkilməsi ilə nəticələndi.
Belə ki, Müsavat Partiyası Məclisinin üzvü Sabir Məmmədli partiya Məclisinin sədrliyinə namizədliyini geri götürüb. S.Məmmədli deyib ki, buna səbəb seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması olub: "Partiyadaxili məsələlər olduğu üçün hələlik danışmaq istəmirəm. Ancaq sabah Məclisin toplantısında bu barədə çıxış edəcəyəm".
Qeyd edək ki, Məclis sədrliyinə digər namizəd Müsavat başqanının müavini Nüşabə Sadıxlıdır. Məclis sədri postuna seçki dekabrın 27-də keçiriləcək.
Onu da nəzərə çatdıraq ki, Müsavat Partiyasında Məclis sədrliyi vəzifəsinə, eləcə də Məclisin, Divanın və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) boş qalan yerlərinə namizədliyin irəli sürülməsi müddəti başa çatıb. Bu barədə Müsavatın Divan üzvü, partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib. O bildirib ki, sərbəst Məclis üzvlüyünə 32 nəfərin, Məclis sədrliyinə 1 nəfərin, Divana 5 nəfərin, MNTK-ya 4 nəfərin, Məclis katibliyinə isə 1 nəfərin namizədliyi qeydə alınıb. Seçkilər dekabrın 27-də keçiriləcək.
Qeyd edək ki, Müsavat Məclisinin sədrliyinə namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli "seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması"nı səbəb göstərərək namizədliyini geri götürüb. Bunun nəticəsində sədrliyə digər namizəd - Nüşabə Sadıqlı alternativsiz qalıb. Hazırkı rəhbərliyin opponentləri olan başqanlığa sabiq namizədlər Qubad İbadoğlu və Tural Abbaslının tərəfdarları isə heç bir struktura öz namizədliklərini verməyiblər. T. Abbaslı başqan Arif Hacılını qrup maraqlarını güdməkdə ittiham edib.
İş o yerə çatıb ki, Arif Hacılının rəqibləri də onunla eyni məqsəd uğrunda mübarizə aparmaq istəmirlər. Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiya Məclisinin və Divanının boş qalan yerlərinə keçiriləcək seçkilərə münasibət bildirərkən deyib ki, partiyada elə mühit formalaşıb ki, orda tərəf olmaq səmərəsizdir: "Mən və tərəfdarlarımın heç biri dekabrın 27-də Müsavat Partiyasının istər Divanına, istər Məclisinə, istərsə də Məclis sədrliyinə keçiriləcək seçkilərdə namizədliyimizi irəli sürməyəcəyik". T.Abbaslının sözlərinə görə, hazırda Müsavatda seçkilər formal xarakter daşıyır: "Bundan qabaqkı iki seçkidə iştirak etdik və partiyadaxili barışıq mühitinin yaradılmasına çalışdıq. Amma təəssüf olsun ki, Arif Hacılı hələ də bu seçkilərə qrup savaşı kimi baxır. Yəni, seçkilərə partiyadaxili qrupların savaşı fonunda yanaşır, partiyanın güclənməsi, bütövləşməsi istiqamətində deyil, öz qrupunun daha çox təmsilçilik qazanması uğrunda yarışı davam etdirir". T.Abbaslı qeyd edib ki, hazırda Məclis üzvlərinin əksəriyyəti başqan Arif Hacılının tərəfdarlarıdır: "O zaman bu seçkilərin heç bir mənası qalmır. Yəni, formal seçkilər keçirilir və bizim də formal seçkilərdə iştirak niyyətimiz yoxdur. Partiya rəhbərliyi seçkilərin Müsavatın güclənməsinə xidmət etdiyini qəbul etsə, qrup maraqları deyil, partiya maraqlarını nəzərə alsa, o zaman yəqin ki, seçkilərə qatılarıq. Hazırda isə sıravi müsavatçı olaraq qalmağı üstün tuturuq".
"Unikal"ın əldə etdiyi məlumata görə, Arif Hacılının partiyanı əlində təkbaşına cəmləşdirməsinin səbəbləri var. Belə ki, o, bununla gələcəkdə Müsavat adından təkbaşına anlaşmaya gedə bilmək istəyir. Yəni, bütün strukturlarda öz adamlarını yerləşdirir ki, məqam yetişəndə bazarlıq etmək lazım olanda əks mövqelər olmasın. Görünən odur ki, Arif Hacılı buna nail olmaqdadır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15