AXCP ilə Müsavata qarşı "barama qurdu" ittihamı
Müxalif düşərgə radikallıq edənləri cılız təfəkkürlü adamlar adlandırır
Bir müddət öncə iqtidar-müxalifət dialoqundan sonra AXCP ilə Müsavatın tutduğu aqressiv mövqe hələ də müzakirə olunmaqdadır.
Belə ki, tərəflər arasındakı söz atışması davam edir və hər iki tərəf bir-birini satqınlıqda ittiham edir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"a açıqlamasında deyib ki, AXCP ilə Müsavat hər zaman milli maraqlara zidd mövqedən çıxış edib. Onun sözlərinə görə, iqtidar-müxalifət dialoqu hər zaman lazımdır: "BAXCP yarandığı gündən indiyə qədər dəfələrlə bəyanat verib ki, iqtidarla müxalifətin hər zaman birgə dialoqu olmalıdır. Ölkənin bütün problemlərini birgə müzakirə ilə həll etmək lazımdır. YAP təmsilçisinin dialoqla bağlı apardığı danışıqları çox müsbət addım kimi xarakterizə edirəm. Bu dialoqu aparanları söyən Əli Kərimli və digər şəxslər böyük səhv edirlər. Bu adamlar ölkənin milli maraqlarına zərbə vurmuş olurlar. Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki, siyasi partiyalar arasında mübarizə, münasibətlər düşmənçilik üzərində aparılsın. Əli Kərimli ölkədə düşmənçiliyi yayan və cılız təfəkkürlü birisidir".
"Unikal"a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib ki,bu görüş vacib idi: "Təbii ki, başlanılan prosesi yarımçıq qoymaq düzgün olmazdı. Bu görüşü iqtidar-müxalifət dialoquna daşımaq vacibdir. Həm də nəticəli və səmərəli dialoqa. Doğrudur, hakimiyyətin atdığı addımlar, bələdiyyə seçkiləri bir qədər müsbət nəticələrin əldə olunacağı barədə pessimist əhval yaratdı. Məncə, bələdiyyə seçkilərinin demokratik və Avropa standartlarına uyğun keçirilməsi dialoq uçün yaradılan zəmini daha da gücləndirər və tərəflər daha ürəkli və güvənli prosesə gedərdilər
ADP sədri Sərdar Cəlaloğlu isə müxalifət-iqtidar görüşünə qarşı çaxanları haqsız sayır. Onun sözlərinə görə, müxalifət hakimiyyətdə nəyisə bəyənmirsə, özü yaxşı nümunə göstərsin: "Mənə elə gəlir ki, 1-2 qüvvə istisna olmaqla, əksəriyyət bu dialoqun tərəfdarıdır. Açığını deyim, buna qarşı çıxanlar elə bir vəziyyət yaradıb ki, özləri yaratdığı imaqodan kənara çıxa bilmirlər. Barama qurdu necə ki, barama toxuyur-toxuyur, axırda qalır içində, bəzi partiyalar da uzun illər iqtidarla öz arasında elə bir imaqo yaradıb ki... Özü də necə? Biri var, o qüvvə elə əvvəlcədən iqtidara bu cür münasibətdə olsun, bir də var, iqtidarla uzun illər gizlin əməkdaşlıq edəndən sonra aralarındakı pozuntuluğa görə düşmən olsunlar. Bir adam əvvəlcədən bu cür mövqe götürübsə, bu, başadüşüləndir. Amma sən 10 il, 15 il bu iqtidarla oyun oynayıbsan, maddi cəhətdən, mənəvi cəhətdən, siyasi cəhətdən hər şey qazanıbsan, sonra da hansısa bir məqamda sözləriniz çəp gəlib, indi sən iqtidarı düşmən elan edirsən, bu, tamamilə yanlış mövqedir və bu qüvvəni mən qoyuram kənara. Bəli, bu qüvvələr bu gün iqtidarla müxalifətin münasibətlərinin qəti surətdə əleyhinədirlər. Amma iqtidara səmimi şəkildə müxalif olan və iqtidarın nöqsanlarına görə müxalif olan qüvvələrin iqtidarla üz-üzə gəlməkdə heç bir kompleksi yoxdur. Məsələn, mənim heç bir kompleksim yoxdur. Amma o qüvvələrdə problem var. Çünki qarşısındakı vaxtilə öz dostu olub. Məsələn, o günkü görüşdə Əli Həsənovun çox gözəl bir sözü oldu ki, gərək qeyri-əxlaqlı insan əxlaqdan dərs deməyə. Ən yaxşı tərbiyə nümunə göstərməkdir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2025-02-28 00:57:40

2025-02-27 21:02:13

2025-02-27 20:49:18

2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01
