Vətəndaşlıq hüququ
Vətəndaşlıq hüququ

Bu gün insan haqları haqqında danışanda ilk növbədə vətəndaşlıq hüququ haqqında düşünmək daha çox vacibdir. Çünki bütün hüquqlar məhz vətəndaşlıq hüququna əsasən tənzimlənir. Bəs vətəndaşlıq hüququ nədir, Azərbaycanda necə tənzimlənir. Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunmuşdur. Burada vətəndaşlıq azad insanlara məxsus idi.
Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı. Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiəri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Vətandaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür. Dövlətin ilkin və mühüm vəzifələrindən birini Konstitusiyada nəzərdə tutulan şəxsiyyətin konstitusion hüquqlarını və vəzifələrini qorumaqdan ibarətdir. Bu sahədə vətəndaşlıq mühüm yer tutur. Vətəndaşlıq dedikdə, şəxsin müvafiq dövlətə hüquqi mənsubiyyəti başa düşülür, yəni şəxsin dövlət tərəfindən Konstitusiya-hüquq münasibətlərinin tamhüquqlu subyekti kimi tanınması nəinki öz ölkələrində, həmçinin xarici ölkələrdə olduqda belə təsbit edir. Monarxiya quruluşu hökm sürən dövlətlərdə vətəndaşlıqdan fərqli olaraq "təbəə" sözləri işlədilir ki, bu da monarxa qarşı şəxsi formal sədaqəti ifadə edir. İdarəçilik formasından asılı olmayaraq hüquqi dövlətdə dövlətin yuriadikasiyası bütün vətəndaşlara şamil edilməklə onlar qarşısında geniş imkanlar açır. Konstitusiya və qanunlarda müəyyən olunan vəzifələr dövlət yuriodikasiyasında öz əksini tapır. Eyni zamanda, vətəndaşlar dövlətə münasibətdə bir sıra hüquqlara malikdirlər və ondan bu hüquqların müdafiəsini və qorunmasını tələb edə bilərlər. Hər bir ölkədə insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyildir. Çünki, bu insanlar doğulduqları andan etibarən müvafiq dövlətin vətəndaşları olub ömürləri boyu bu hüquqi vəziyyəti daşıyırlar. Lakin müxtəlif səbəblər üzündən (milli münaqişələr, iqtisadiyyatın beynəlmiləl olması və s.) əhali kütləsinin bir tərəfdən digər tərəfə miqrasiya etməsi, bağlanılan nikahlar (mextəlif dövlətlərin vətəndaşları arasında) bütün bunlar vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi üçün problemlər yaradır. Unitar idarəçilik forması olan dövlətlərdə vahid vətəndaşlıq mövcuddur. Federativ quruluşlu dövlətlərin çoxunda şəxs həm federativ dövlətin, həm də eyni zamanda federasiya subyektinin vətəndaşlığına mənsubdur. Bu şəxslərə nəinki federal qanunlar, həm də federasiya subyektinin qəbul etdiyi qanunlar şamil olunur. Istənilən dövlətdə elə insanlar yaşayır ki, onların statusu çoxluğun statusundan fərqlənir. Bu insanları vətəndaşlığı olmayan, ya daxarici vətəndaşlar kimi çağırırlar. Bəzi dövlətlərdə ikili vətəndaşlıq hökm sürür.

Azərbaycanda
vətəndaşlıq hüququ

Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunmuşdur. Burada göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarıdan doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda vətəndaşlıq hüququnun təminatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı heç bir halda, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz, ikinci bir təminat heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
İkili vətəndaşlıq

Bir sıra ölkələr vardır ki, onlarda ikili vətəndaşlıq hökm sürür. Rusiya Federasiyası ikili vətəndaşlığı olan ölkədir. Ikili vətəndaşlğın yaranması nikahla bağlı meydana çıxır. Məsələn, qadın xarici vətəndaşla ailə qurubsa, qnunla qadın və nikahdan doğulan uşaq da ərin mənsub olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Ikili vətəndaşlıqdan söhbət gedərkən həm hüquqlar, həm də vəzifələr geniş xarakter daşıyır. Bu zaman ikili vətəndaşlığı olan şəxslər hər iki ölkədə hüquq və azadlıqlara malik olub, hər iki dövlət qarşısında vəzifələr daşıyırlar(vergiləri ödəmək, hərbi xidmət və s.). Rusiya öz vətəndaşlarına federal qanuna və Rusiya ilə bağlanmış beynəlxalq müqavilələrə əsasən,ikilivətəndaşlıqda olmaq imkanı verir.bundan fərqli olaraq, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun"a əsasən yalnız Azərbaycan vətəndaşlığından danışılır.

Vətəndaşlıq prinsipləri

Azərbaycan Respublikasında vətəndaşlıq Konstitusiyada və qanunda müəyyən olunmuş prinsiplərə əsaslanır. Bu prinsiplərvətəndaşlıqla bağlı münasibətləri tənzimləyən, qanunvericilikdə müəyyən olunan müddəalardır. Azərbaycan Respublikasında vətəndaşlığının prinsiplərinə daxildir:
1. Vətəndaşlığın müstəqil müəyyən olunması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxslər özləri öz vətəndaşlıqlarını müəyyən edirlər. Şəxs istənilən vaxt vətəndaşlıqdan imtina edə bilər. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun"un V maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır:
1) bu qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının qeydiyyatında olan vətəndaşlar;
2) 1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan şəxslər. Burada şərt var. Həmin şəxslər qanun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər;
3) 1988-ci ildən 1992-ci ilədək Azərbaycan ərazisində məskunlaşmış qaçqınlar;
4) Bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər.
2. Vahid vətəndaşlıq prinsipi . Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası öz vətəndaşının digər dövlətlər arasında vətəndaşlıqdan irəli gələn öhdəliklərini tanımır, amma digər dövlətlərin vətəndaşlığını əldə etmək hüququnu tanıyır. Böyük dövlətlər çox vaxt ikili vətəndaşlıq prinsipini tanıyır. Məsələn, Rusiya Federasiyasının vətəndaçlıq haqqında qanunvericiliyi ikili vətəndaşlığı tanıyır. Amma o şərtlə ki, həmin dövlətlə Rusiya arasında müqavilə bağlansın. Xırda dövlətlər isə ikili vətəndaşlığı tanımır. Çünki onlar ehtiyat edirlər ki, bu, böyük dövlətlərin onların daxili işlərinə qarışmasına imkan yarada bilər.
3. Bərabər vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, vətəndaşlığın əldə edilməsi üsulundan və əldə olunması müddətindən asılı olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludurlar.
4. Vətəndaşlıqdan məhrumetmənin yolverilməzliyi prinsipi. Vətəndaşlıqdan məhrumetmə əslində insan və vətəndaş hüquqlarının məhdudlaşdırılması deməkdir. SSRİ dövründə cinayət törədən şəxs həm məhkum olunur, həm də vətəndaşlıqdan məhrum edilirdi. Amma indi bu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinə əsasən yolverilməzdir. Hazırda inkişaf ölkələrin bəzilərində vətəndaşlıqdan məhrumetməyə yolverilir. Məsələn, Almaniyada anadangəlmə vətəndaçlıq yox, naturalizasiya qaydasında vətəndaşlıq əldə edənlər vətəndaşlıqdan məhrum edilə bilər.
5. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisindən qovulmasınınvə ya xarici dövlətə verilməsinin yolverilməzliyi. Bu prinsip vətəndaşın dövlət hakimiyyətinin təzyiqindən qorunmasını ifadə edir. Heç kəs Azərbaycan Respublikası vətəndaşını dövlət ərazisindən qova bilməz. Cinayət məcəlləsinin 53-cü maddəsinə görə xarici dövlət ərazisində cinayət törətmiş Azərbaycan Respublikası vətəndaşı xarici dövlətə verilə bilməz.
6. Azərbaycan Respublikasının hüdudarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının himayəçilik prinsipi. Bu prinsip qismən formal xarakter daşıyır. Çünki yalnız böyük dövlətlər bu imkana malikdirlər. Faktiki olaraq, xırda dövlətlər böyük dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik eləyə bilmir. Azərbaycan isə xarici dövlətdə öz vətəndaşının hüquqlarının pozulması ilə əlaqədar həmin dövlətin Azərbaycan Resoublikası ərazisində yaşayan vətəndaşlarına qarşı adekvat tədbirlər görə bilər. Məsələn, xüsusi rejim müəyyən edə bilər. Yaxud da bununla əlaqədar diplomatik vasitələrdən istifadə edir, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının yardımından istifadə edir.
7. Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda hansı müddətdə yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlığını saxlayır.
8. Vətəndaşlıqla bağlı beynəlxalq normaların üstünlüyü. Yəni Azərbaycan Respublikası xarici dövlətlərlə vətəndaşlıqla əlaqədar müqavilələr bağlaya bilər. Bu müqavilələrlə milli hüquq arasında ziddiyyət yaranarsa, beynəlxalq müqaviləyə üstünlük verilir.
"Azərbaycan Respublikasınınvətəndaşlığı haqqında qanun"a görə, Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır:
doğulduqda;
vətəndaşlığı qəbul edildikdə;
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda.