Misir Mərdanova yeni və ağır ittihamlar!
13:01 15-05-2012
CƏMİYYƏT
Misir Mərdanova yeni və ağır ittihamlar!
Əlövsət Osmanlı "Unikal"a sərt danışdı: "Görün iş hansı hala gəlib ki, attestatların verilməsini də Təhsil Nazirliyinə etibar etmirlər"
Ümumtəhsil müəssisələrində məzunların attestasiyasının aparılması qaydaları ilə bağlı ölkə başçısının imzaladığı fərman hələ də aktuallığını saxlamaqdadır. Belə ki, bir neçə həftədən sonra məktəblərimizdə buraxılış imtahanları ilk dəfə TQDK tərəfindən aparılacaq. Qurumun sədri Məleykə Abbaszadənin son açıqlaması da buna həsr olunub. Açıqlamada bir məqam çox diqqətimizi çəkdi: "Təəssüf ki, Təhsil Nazirliyindən bizə verilən məzunların elektron məlumat bazası dəqiq baza deyildi.
Bu baza ilə işləyərkən müəyyən çətinliklərlə qarşılaşdıq... Təhsil Nazirliyi tərəfindən bizə heç bir maddi-texniki baza verilməyib. Çünki onlar təqdim etdikləri siyahıda ən müasir avadanlıq 3 ədəd "Pentium 4" kompüteri idi. Onlarsa indi bizim işimizə kömək edə bilməz". Məsələyə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının münasibətini öyrəndik. Əlövsət müəllim "Unikal"ın iəməkdaşı ilə söhbətində bunları dedi: "Fərmanın əhəmiyyətilə bağlı fikirlərimi mətbuatda oxucularla bölüşmüşəm, gecikmiş olsa da, onu təhsil sistemimiz üçün faydalı sənəd hesab etmişəm. Çünki Təhsil Nazirliyi, bütün işlər kimi, bu ciddi işin də, necə deyərlər, "ağını çıxarmaq"da idi. Hər il buraxılış imtahanlarından sonra nazirliyin binası qarşısında baş verən valideyn-məzun üsyanlarını, yürüşləri, ərşə çıxan ah-nalələri, qarğışları yəqin ki, heç kəs unutmayıb. Bütün bunların səbəbləri haqqında dəfələrlə yazmışam və söyləmişəm. Niyə Misir Mərdanovdan soruşmurlar ki, siz bu cür yarı-yarımçıq baza, mitil texniki avadanlıqlarlamı belə ciddi işə girişmişdiniz? Ölkədə elmi-texniki yeniliklərin, texnologiyaların tətbiqinə öncüllük etməli olan qurumun düşdüyü vəziyyətə baxın. İmtahan bazasındakı testləri öz şəxsi maraqları üçün çap edib satanlardan bundan artıq nə gözləmək olar?!Misir Mərdanovun komandası məktəbəqədər təhsilin anasını ağlatdığına görə bu sistemi onun əlindən alıb icra hakimiyyətlərinə verdilər. Yoxsa, onlar olan-qalanı da darmadağın edəcəkdilər. Məktəb təmir-tikintisini batırdığına görə belə işlərdən onları kənarlaşdırdılar. Peşə təhsilini pis günə qoyduğuna görə xeyli sayda təhsil müəssisəsini nazirliyin əlindən alıb müvafiq qurumların tabeçiliyinə keçirdilər. Buraxılış imtahanlarını "Yaşıl bazar"dan da betər zibillədiklərinə görə caynaqlarından qoparıb TQDK-ya verdilər. Dərsliklərin monitorinqi də onu kimi! Görün indi iş hansı hala gəlib ki, attestatların verilməsini də Təhsil Nazirliyinə etibar etmirlər...Bütün bu rəzalətlərdən sonra Mərdanov heç nə olmamış kimi dördcildlik "Azərbaycan təhsil tarixi" yazdığını, bunun üçün arxivlərdə "zəhmət" çəkdiyini, yuxusuz gecələr keçirdiyini bildirir. Hətta ona təntənəli təqdimat mərasimi də keçirir. Vallah burada məşhur "utanmasan oynamağa nə var" deyimini xatırlamamaq olmur. İndi mən də bir vətəndaş olaraq ondan soruşmaq istəyirəm: Hörmətli professor, sizi nazir vəzifəsinə dərslik yazmağa, arxivlərdə axtarış aparmağa, tarix quraşdırmağamı qoymuşdular? Niyə öz işinizlə yox, bu əməllərlə məşğul olub Azərbaycan təhsilini pis günə qoydunuz? Yoxsa, adınızı hər yerə yazdırmaqla, şəkillərinizi dərsliklərə və cürbəcür kitablara doldurtmaqla tarixdə qalmaq iddiasına düşmüsünüz? Amma unutmayın ki, cəmiyyət təhsilimizin əsl tarixini sizin uydurduqlarınızdan yox, "Təhsil tariximizin qara ləkələri", "Təhsilimiz hara gedir?", "Təhsilimiz bu gün", "Mərdanova məktublar" adlı cilid-cild kitablardan öyrənir...".
Zaur Ağasıoğlu
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00